23.04.2018, 11:30 - Baxış sayı: 970

Tariximiz – taleyimiz!


Şölət Zeynalov
AMEA-nın Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” söbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru

(1918 ci il mart soqırımı; tarixi-fəlsəfi yanaşma)

Tarixin dərindən dərk edilməsi fəlsəfənin və tarixin yaxınlaşmasını nəzərdə tutur. Tarixin fəlsəfəsi tarixin tədqiq edilməsi təcrübəsi üzərində düşünməkdir Akademik R. Ə. Mehdiyev.

Bəşər tarixinə nəzər edərkən orada sonsuz sayda münaqişələrin, qarşıdurmaların, irili-xırdalı müharibələrin, soyqırımların olduğunu görürük. Qərb müəllifləri A.Toynbi, O.Şpenqler, S. Hantinqton və b. sivilizasiya nəzəriyyəçiləri bir çox məqamlarda belə bir qənaətə gəlirlər ki, əslində, dünya tarixi, deməli, sivilizasiyaların mövcudluq tarixi dünya hökmranlığı uğrunda gerçəkləşdirilən sonsuz müharibələr silsiləsindən başqa bir şey deyildir. Lakin XX əsrədək müharibələrin mahiyyətini analiz edərkən onların aparılmasında qəribə bir qanunauyğunluğun baş verdiyinin şahidi oluruq. Söhbət ondan gedir ki, əvvəlki müharibələr tarixdə hökmranlıq, ərazi və ya dini məslək uğrunda gedirdisə, XX əsrdə demək olar ki, müharibələrin əksəriyyəti dinc əhaliyə qarşı aparılmışdır. İkinci məqam ondan ibarətdir ki, insanlar min illərlə müharibələrə, soyqırımlara nifrət bəsləsələr də onun qarşısının alınmasına da nail ola bilməmiş və bu problem müasir günümüzə qədər tarixin ən böyük kabusu kimi insanlığı izləməkdədir. Bu anlamda tarixin fəlsəfi dərki, zaman-zaman nəzəri fikir üçün aktual olduğu kimi, indi də öz aktuallığını saxlayır. Bu kimi tarixi faktların ən tipik nümunəsini biz Ermənistan-Azərbaycan tarixində görürük. Bu tarixin öz fəlsəfəsi vardır.
Sözügüdən müharibənin müəmmalı cəhəti ondadır ki, bu ərazilərin torpaqların sahibi olmayan, tarixini tamamilə fantaziya, xam xəyal və mif üzərində quraşdıran ermənilər “dənizdən-dənizə” ərazilər ugrunda bilavasitə yerli əhalinin məskunlaşdığı, onu sal qayalıqdan müasir mədəniyyətədək çatdıranlardan, bəsləyənlərdən zor gücünə qoparıb, bu müqəddəs torpaqları özününküləşdirməyə cəhd edir. Hətta bu yolda heç bir tarixi məsuliyyətdən çəkinməyərək ermənilər müxtəlif üsullarla tarixi təhrif edərək özlərini bölgənin aborigen toplumu kimi qələmə verirlər. Lakin tarix bir şeyi həqiqət kimi ortaya qoymuşdur ki, ermənilər öz arzularına heç vaxt özlərinə məxsus qüvvələrlə sahib ola bilməyəcəklərini anladıqları üçün bir tərəfdən Qərb imperializminə, digər tərəfdən, Şərqə – Rusiyaya sığınmış və hiyləgərcəsinə onlardan istifadə edərək özlərinin “dənizdən-dənizə” kimi çirkin amallarını reallaşdırmağa cəhd etmiş və buna davam edirlər.
Tarixi statistik məlumatlara keçməzdən əvvəl yalnız onu deyək ki, biz tarixi vəhdət kimi dərk etmək istərkən görürük ki, soyqırımı fəlsəfəsindən danışmaq qədər düşünən insan üçün əzablı bir başqa hadisəni təssəvvür etmək mümkün deyildir. Bu yer üzündə mövcud olan istər müharibə qanunlarının, istərsə də digər qanunların bir anda məhv edilməsi deməkdir. Bu anlamda Xolokost, 1918 - ci il Mart və Xocalı soyqırımı əslində müxtəlif zamanlarda baş vermiş eyni bir aktın – yer üzündə faşizmin insanlığa qarşı soyqırımından da başqa da bir şey deyildir. Ona görə də belə bir məqamda onu da qeyd edək ki, əslində 1918-ci il mart qırğınları və Xocalı soyqırımı təkcə azərbaycanlıla qarşı törədilmiş soyqırımı aktı da deyildir; burada ən qəddar və vəhşi üsullarla yandırılanlar, öldürülənlər arasında virtual şəkildə ingilis, alman, fransız, rus, belarus, ərəb, türk və yüzlərlə adını çəkmədiyimiz dünya xalqlarının ən məsumları, sivilləri, obrazlı desək, Buddanın, Müsanın, İsanın ali prinsipləri də qətl edilmişdir. Zira bu soyqırımı erməni faşistləri törətdiklərindən havadarlarının himayəsi səbəbindən onlara qarşı Beynalxalq hüquq da susmaqda və ya susdurulmaqdadır.
Azərbaycan tarixinin son 200 yüz ili təhlil edilərkən görürük ki, 1804- cü il Kürəkçay, 1813 -cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq ikiyə bölündükdən sonra Azərbaycan ərazisində yaşayan müsəlmanlar, türklər və digər xalqlar tarixin heç bir dövrü ilə müqaisə olunmayacaq dərəcədə məkirli bir siyasətlə üzləşdilər. Bu siyasətin təməlləri çar Rusiysının ənənəvi siyasətindən – “parçala və hökm et” strategiyasından qaynaqlansa da onun həyata keçirilməsində Yaxın Şərqin müxtəlif bölgələrindən Azərbaycana köçürülən ermənilər əsas alət qismində çıxış etmişlər. Qeyd edilən tarixdən başlayaraq kütləvi olaraq istər Cənubda, istərsə də Şimalada yerli əhali erməni millətçiləri tərəfindən mütəmadi olaraq etnik təmizləmələrə və soyqırıma məruz qalmışdır. Ermənilərin Qafqaza kütləvi şəkildə köçürülməsi faktı artıq hər kəsə bəllidir. Bu köçürülmənin ilk startı hələ I Pyoturun zamanında 1724-cü il 10 noyabr fərmanı ilə başlamışdı. Tarixdən məlumdur ki, həmin dövrdə artıq Səfəvi dövləti xeyli zəifləmiş və şimal ərazilərinə olan nəzarəti tam həyata keçirə bilmirdi. Xanlıqlar dövründə isə ümumiyyətlə vahid dövlətin təmərküzləşməməsi səbəbindən onlar nəinki bu prosesi dayandırmağa müvəffəq oldular, əksinə özləri də sonradan tam işğala məruz qaldılar. Çar Rusiyası isə bu zaman artıq sürətli çiçəklənmə dövrünə daxil olmuşdu. 10 noyabr fərmanı bir növ qədim Azərbaycan torpaqlarına – Dərbənd, Bakı, Gilan Mazandaran və bütövlükdə Xəzər sahillərinə ermənilərin köşürülməsininin rəsmiləşdirilməsi idi.
Rus Şərqşünası N. N. Şavrova istinad edərək qeyd edək ki, 1828-1829-cu illər Rusiya –Türkiyə müharibəsi qurtardıqdan sonra İrandan 40 min, Türkiədən 84 min erməni əhalisi Yelzavetpol və İrəvan quberniyası, o cümlədən Tiflis, Borçalı və Axalkələk qəzalarında yerləşdirilmişdir. N. Şavrov yazır ki, bunu da nəzərə almaq lazımdır ki, rəsmi köçürülən 124 min ermənidən başqa, buraya qeyri rəsmi köçürülənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur. Bu da tarixi faktdır ki, 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ərazisində Erməni vilayəti təşkil edilmişdir.
Köcürmə siyasəti XIX yüz il böyünca davam etmiş və nəticədə ermənilərin sayı Azərbaycan torpaqlarında o qədər çoxalmışdır ki, artıq onlar “Böyük Ermənistana” gedən yolda daha da həyasızcasına təşkilatlanaraq, ideoloji olaraq uydurduqları xəstə mifi gerçəkləşdirmək üçün 1887-ci ildə Cenevrədə Qınçaq, 1890 cı ildə isə Tiflis şəhərində “Daşnaksütyun” partiyalarını yaratmışlar. Bu və buna bənzər müxtəlif partiyaların və yerli özəklərin yalnız bir idealı var idi; mifi reallığa çevirmək, xəstə təfəkkürlərini bütövlükdə ən sadə ermənidən tutmuş yüksək vəzifələrdə çalışanlara kimi hər kəsə, – sənətkarlara, taçirlərə, hərbçilərə, bank maliyə sistemində və s. çalışan ermənilərin hamısının şüuruna yeritmək. Hadisələri sonrakı gedişatı onu göstərdi ki, onlar bu işdə əslində birinci mənada, “dənizdən-dənizə” Ermənistan yarada bilməsə də, ikinci mənada erməniləri total şəkildə təfəkkürcə xəstə edə bildilər. Və hazırda da bu xəstəlik davam etdiyindən onlar Qafqazda baş verən ən əhəmiyyətli quruculuq layihələrindən kənarda qalmışlar.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı monoqrafiyasında qeyd edir ki, təkcə 1896-cı ildən 1908-ci ilədək – 13 ildə Zaqafqaziyaya 400 min erməni köçürülmüşdür. Bu tarixi faktı qeyd edərkən müəllif erməni mifini ifşa etmək üçün məhz yerli – mənbələrə deyil Rus şərqşünası N. N. Şavrova müraciət edərək qeyd edir: N. N. Şavrov öz kitabında yazır ki, “1896-cı ildə general adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilərin sayı 400 min nəfərdən artıq çoxalmışdır. Hal hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakini deyil onları buraya biz köçürmüşük”. Bu kimi tarixi faktlar onlarla, hətta yüzlərlədir, bu da müasir Ermənistan dövlətinin əslində Azərbaycan torpaqlarında yaradılmasını təsdiq etmiş olur.
1918- ci il Mart qırğınları bəşər tarixinə düşmüş ən dəhşətli soyqırımı aktlarından biridir. Mart qırğnı ərəfəsində S. Şaumyanın silahlı dəstəsinin sayı artıq 20 minə yaxın idi. Hansı ki, onalr bolşevik pərdəsi altında bilavasitə Mart qırğınlarının törədilməsində qeyri-adi dərəcədə fəallıq göstərmiş, qətliamı həyata keçirtmişdilər. Ən dəhşətlisi bu idi ki, Tiflis ermənisi olan S. Şaumyan müxtəlif peşə sahibi olmaqla yanaşı, həm jurnalist idi, həm də Berlində Humbolt universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Bu da bir paradoksdur. İnsan, fəlsəfə və silahsız insanların soyqırımi?. Tezliklə bolşeviklərin dəstəyi və Leninin təkidli təklifi ilə Bakı Komunasının rəhbəri kimi S. Şaumyan fəaliyyətini genişləndirərək qətliamı həyata keçirmək üçün fürsət əldə etdi. Mart ayının 30 da erməni – bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən, və təyyarələrdən atəşə tutdular. Ermənilər şaiyə yaymışdılar ki, İçəri şəhərdə müsəlmanlar kütləvi şəkildə rusları qırıqlar. Nə baş verdiyini dəqiqləşdirməkdə çətinlik çəkən silahsız müsəlamanların üzərinə digər bir tərəfdən silahlı daşnaklar hücuma keçdilər. Qocaya, uşağa, silahsız və köməksiz bir kəsə aman verməyən cəlladlar 31-martdan aprelin əvvəllərinə kimi şəhərdə dəhşətli soyqırımı törətdilər. Bakı şəhərində bu qətliam zamanı 12 mindən artıq azərbaycanlı ən qəddar üsullarla öldürüldü. Həmçinin bu soyqırımı zamanı Quba qəzasında 16 min dinc əhali kütləvi məhv edilmişdir. Burada Amazapsın rəhbərliyi altında 167 kənd yandırılmışdır ki, onların 35-i sonradan bərpa edilə bilməmiş və biryolluq yer üzündən silinmişdir. Amazapsın törətdiyi bu qətliamlarda sübut olunmuşdur ki, nəinki azərbaycanlılar, o cümlədən yəhudi əsilli insanlar da qəddarcasına qətlə yetrilmişlər.
Mənbələr qeyd edir ki, bu qətliamda 3 minə qədər günahsız yəhudi soyqırımı aktında məhv edilmişdir. Mart qırğınlarında erməni cəlladları 50 mindən artıq azərbaycanlını soyqırıma məruz qoymuş, yüzlərlə məçid, maddi-mədəniyyət abidələrini yandırmış, kəndləri yer üzündəm silmişdilər. Bütövlükdə 1918- 1920- ci ilin qırğınları zamanı ermənilər, Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Ordubad, Şərur, Qars, Səlmas, Urmiyə və adlarını çəkmədiyimiz minlərlə yaşayış məntəqələrində total şəkildə insanları öldürmüş, bir milyondan artıq yerli əhalini etnik təmizləməyə məruz qoymuş onları öz ata-baba torpaqlarından didərgin salmışlar. 1918-ci il Mart qətliamından sonra erməni ideoloqları beynəlxalq sferada öz “yazıq” simalarını yenidən bərpa etmək üçün ən müxtəlif üsullarla beynəlxalq ictimayəti çaşdırmağa başladılar. Onalrın əsas məqsədi bu idi ki, bu qırğınları ermənilərin müsəlman-türk əhalisinə qarşı qətliam kimi deyil, bolşeviklərlə müsəlmanlar arasında hakimiyyət uğurunda savaş kimi qələmə versin. Onlar xüsusilə mətbuat sahəsində geniş işlər aparırdılar. Eynən 1905-1906-cı illər Anadoluda törətdikləri qətliamda olduğu kimi hər vəchlə sübut etmək istəyirdilər ki, ermənilər heç zaman nə müsəlmanlara, nə də ki, türklərə qarşı qətliam törətməyiblər. Onalr bu qırğınları hakimiyyət uğurundan sinifi mübarizə kimi qələmə verirdilər. Yalnız bir faktı qeyd edək: 1919-cu ilin Bakıya göndərilən general Harborda təqdim edilən sənəddv ə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını qətiyyətlə rədd edirdi. Mart hadisələri zamanı Bakı şəhərində öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bax, bu əsl erməni xislətidir.
Hər bir gecənin açılan səhəri olduğu kimi, bu zülmün də sonu olmalı idi. 1918-ci il may ayının 28-də Şərqin İlk demokratik Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra artıq ermənilər yenə “sülh” şəraitinə keçməyə məcbur oldular. Demokratik Resbublika mart soyqırımına qiymət vermək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratdı ki, ermənilərin Azərbaycan ərazilərində törətdikləri cinayətləri araşdırsın. Həmçinin qərara alındı ki, mart ayının 31- matəm günü kimi qeyd edilsin. Lakin mövcud beynəlxalq şərait Cümhuriyyətin nəzərdə tutduğu müqəddəs amalların hamısını həyata keçirməyə imkan vermədi. 23 aylıq mövcudluq dövründə Demokratik Respublika fədailəri tarix baxımından elə bir məhvər formalaşdırdılar ki, O, nəinki region, nəm də ki, bütüvlükdə Şərq ölkələrinin demokratiya simvoluna çevirildi.