23.04.2018, 10:14 - Baxış sayı: 1074

Fəlsəfə İnstitutunun əməkdaşı sertifikatla təltif edilib


Fəlsəfə İnstitutunun əməkdaşı sertifikatla təltif edilib20 aprel 2018-ci ildə Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Respublika Elmi Konfransı keçirilmişdir. Konfransda AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, s.e.f.d., dos. Davud Həşimov iştirak edərək, konfransın “İctimai elmlər” bölməsində “İkili standartlar siyasəti və onun tənqidi” mövzusunda məruzəsi ilə çıxış etmişdir. Onun təqdim etdiyi məruzə auditoriyanın geniş marağına səbəb olmuş, maraqla dinlənilmiş, suallar cavablandırılmışdır.
Qeyd edək ki, D. Həşimov məruzəsində “ikili standartlar” anlayışı, ikili standartlar siyasəti və onun dünya siyasətində geniş yayılması, Azərbaycan Respublikası və ikili standartlar siyasətinin tənqidi və s. məsələlərə toxunmuşdur. D. Həşimovun məruzəsi böyük maraq və aktuallıq kəsb etdiyindən konfransın elmi heyəti tərəfindən sertifikatla təltif edilmişdir.