26.05.2023, 09:31 - Baxış sayı: 202

“Azərbaycanda ailə siyasəti” mövzusunda Dəyirmi masa keçirilib

“Azərbaycanda ailə siyasəti” mövzusunda Dəyirmi masa keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda İnstitut Qadınlar Şurasının təşkilatçılığı ilə “Azərbaycanda ailə siyasəti” mövzusunda Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Dəyirmi masa keçirildi.
Tədbiri İnstitutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq bildirib ki, tarixən ailə xalqımızın mənəvi dəyərlərinin qoruyucusu kimi milli inkişafımızda mühüm rol oynayıb. Ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əxlaqi norma və qaydalarının təməl prinsipidir: “Milli-mənəvi dəyərlərin, adət ənənələrin qorunub saxlanılmasında, əxlaqi dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində ailə vacib məsələlərdən biridir. Azərbaycanda ailə dəyərlərinin tərkibində həm milli adət-ənənələrimizdən, həm də müasir günümüzün tələblərindən qaynaqlanan yüksək keyfiyyətlər var”.
Sonra elmi işçi Xanımağa İsmayılova “Azərbaycan qadını dövlətin aparıcı qüvvəsi kimi” mövzusunda çıxış edərək bildirib ki, hər bir xalqın özünəməxsus ənənələri var. Azərbaycanda ailə siyasəti Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu öndər bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə vurğulayıb. Ümumiyyətlə, ailə siyasəti istər cəmiyyətdə , istərsə də dövlətin inkişafında böyük rolunun olduğunu bildirib. Həmin şəxsiyyətlər məhz o ailələrdə formalaşdığı üçün bu baxımdan rolu əvəzsizdir, odur ki, cəmiyyətimizin inkişafı üçün ailə dəyərlərimizə sahib çıxmalı və unutmamalıyıq ki, hər bir xalqın ailə dəyərləri onun milli kimliyidir – deyə X.İsmayılova bildirib.
Dəyirmi masada f.e.f.d. dosent Zeynəddin Şabanov “Qadın tarixi inkişafda”, f.ü.f.d., dos. İradə Zərqanayeva “Heydər Əliyev-fenomen şəxsiyyət”, Gülşən Allahverdiyeva “Müasir Azərbaycan qadınının ictimai-siyasi həyatda rolu” mövzularında məruzə ilə çıxış etmişdir.