26.05.2023, 06:48 - Baxış sayı: 105

"Bərabərsizliyə son" adlı tədbir keçirilib


"Bərabərsizliyə son" adlı tədbir keçirilibAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) gender bərabərsizliyinə qarşı mübarizəyə dair "Bərabərsizliyə son" adlı tədbir keçirilib. Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun a.e.i., f.f.d., dosent Zeynəddin Şabanov “Gender: tərkmi, dərkmi” mövzusunda məruzəsi ilə çıxış etmişdir. Tələbələr "Bərabərsizlik", "Zabit qadın", "Səssiz qışqırıqlar", "Əmin əllərdə", "Kəsişmə", "Cəmiyyəti inşa edirəm", "Susmuş vicdan" kimi bir sıra maraqlı səhnəcik və müxtəlif perfomanslarla çıxış etmişlər. Məruzə və çıxışlarda cinsi ayrı-seçkiliyin aradan qaldırılmasının zəruriliyi, erkən nikahların fəsadları,qanunvericiliyin gender təhlili, beynəlxalq konvensiya və tövsiyələr, gender bərabərsizliyinin yaranma səbəbləri və məişət zorakılığının aradan qaldırılması kimi vacib məsələlərə toxunulmuşdur.