11.05.2023, 11:08 - Baxış sayı: 110

YAP Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər


YAP Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Yasamal rayonunda silsilə bayram tədbirləri keçirilib. Ökləmizin tanınmış elm və ictimai xadimləri,Yasamal rayonunun ictimaiyyəti, Şəhid ailələri, Qazilər Ulu Öndərin əziz xatirəsini yad etmək üçün Akademik Milli Dram Teatrında rəsmi tədbirə toplaşmışlar. Tədbirdə YAP Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatının sədri s.e.ü.f.d. Sənan Həsənov və İnstitutun əməkdaşı, partiya fəalı Leyla Həmidova iştirk ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni hərbi orkestrin canlı ifasında səsləndirilmiş, daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov məruzə ilə çıxış etmişdir.
Tədbirdən sonra isə Yasamal rayonunun Mərkəzi Parkında bayram konserti baş tutub. Azərbaycan səhnəsinin körkəmli ifaçıları bura toplaşan sakinlərə öz ifalarını təqdim etdilər. Bayram şənliyi tamaşaçılar tərəfindən coşqu və xüsusi rəğbətlə qarşılandı və yüksək əhval-ruhiyyə və xoş ovqat yaratdı. Konsert proqramı bayram atəşfəşanlığı ilə başa çatıb.
YAP Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər