11.05.2023, 05:18 - Baxış sayı: 103

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, tədqiqatçı İlham Abbasov 9 may - Qələbə Günü münasibətilə məruzə ilə çıxış edib


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, tədqiqatçı İlham Abbasov 9 may - Qələbə Günü münasibətilə məruzə ilə çıxış edibAzərbaycan Milli Xalça Muzeyində 9 may - Qələbə Günü münasibətilə “Avropa müqavimət hərəkatının azərbaycanlı qəhrəmanları - 1943-1945” adlı tədbir keçirilib. Tədbirdə əsas məruzəçi qismində çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, sosioloq, tədqiqatçı İlham Abbasov İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə oynadığı mühüm roldan, azərbaycanlıların Avropada faşistlərə qarşı müqavimət hərəkatında qəhrəmanlıqla iştirakından çoxsaylı fotoşəkil və sənədlərdən ibarət arxiv materialları əsasında bəhs etdi. Daha sonra Sovet İttifaqı Qəhrəmanı, Yuqoslaviya və İtaliya partizanları sırasında faşizmə qarşı igidliklə mübarizə aparmış Mehdi Hüseynzadənin yaxın qohumları Hənifə Əlizadə və Mehdi Əzizbəyov dayılarının göstərdiyi qəhrəmanlıq şücaəti haqqında danışdılar. Mövzu ilə bağlı, həmçinin partizan Məmməd Bağırovun nəvəsi, İkinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Murad Əfəndi çıxış etdi. Sonda İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, “Harribaldi ulduzu” ilə təltif olunmuş Məmməd Bağırova aid qısa filimdən fraqment və Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında qısa film nümayiş edildi.
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, tədqiqatçı İlham Abbasov 9 may - Qələbə Günü münasibətilə məruzə ilə çıxış edib