08.05.2023, 10:05 - Baxış sayı: 129

Səbail rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixlərə tarix yazan şəxsiyyət” adlı tədbir keçirilmişdir


Səbail rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixlərə tarix yazan şəxsiyyət” adlı tədbir keçirilmişdirMayın 5-də Səbail rayonu Badamdar Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixlərə tarix yazan şəxsiyyət” adlı tədbir keçirilmişdir. Rayonun mədəniyyət və təhsil kollektivinin mərkəzləşmiş kitabxana sisteminin filial müdirlərinin və əməkdaşlarının iştirakı ilə baş tutan tədbirdə YAP Fəlsəfə və Sosiologiya İnstitutunun ərazi təşkilatının sədri s.e.ü.f.d. dosent Sənan Həsənov və İnstitutun elmi işçisi Xanımağa İsmayılova məruzə ilə çıxış etmişlər. Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasi, müasir Azərbaycanın qüdrətli inkişafının memarı və müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasi varisliyi ilə Qələbənin tarixi reallıqları geniş müzakirə olunmuşdur. Tədbirin təşkilatcıları gənclərin və məktəblilərin vətənpərvərlik tərbiyyəsində maraq doğuran və əhəmiyyətli olan məruzələrinə görə institut alimlərinə təşəkkürünü bildirmişlər.
Səbail rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixlərə tarix yazan şəxsiyyət” adlı tədbir keçirilmişdir