14.04.2023, 11:09 - Baxış sayı: 304

“Heydər Əliyev: güclü dövlət, qələbənin fəlsəfəsi, Böyük Qayıdış” kitabı nəşr edilib


“Heydər Əliyev: güclü dövlət, qələbənin fəlsəfəsi, Böyük Qayıdış” kitabı nəşr edilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun həmmüəllifliyi ilə “Heydər Əliyev: güclü dövlət, qələbənin fəlsəfəsi, Böyük Qayıdış” adlı kitabı (Bakı, Elm və təhsil, 2023, səh. 268) nəşr edilib.
Kitab Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi Sərəncamlardan irəli gələn vəzifələrin icrasının elmi təhlilinin geniş ictimaiyyətə təqdim olunması məqsədilə AMEA-nın illik plan işlərinə uyğun olaraq hazırlanmışdır.
Əsərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mislisiz xidmətlərinin təhlili kontekstində onun sovet dövrü fəaliyyətindən müstəqillik illərinə, qayıdışdan-xilaskarlığa, xilaskarlıqdan Azərbaycanın qüdrətli gəlcəyinə təminat verən və siyasi varisliyi İlham Əliyev mərhələsini əhatə edən sabitlik, güclü dövlət, qələbə və Böyük Qayıdışın fəlsəfi-siyasi, ideoloji əsasları elmi dövriyyəyə gətirilir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə (22/5 saylı protokol, 29 dekabr 2022-ci il) çap olunan kitabın rəyçiləri Bakı Slavyan Universitetinin professoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə və fövqəladə və səlahiyyətli səfir, tarix elmləri doktoru Eynulla Mədətlidir. Kitabın redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Telman Quliyev və Qabil Camalovdur.