28.02.2018, 12:30 - Baxış sayı: 1421

“İslam fəlsəfəsində əsas mövzular: cövhər (substanca) və ərəz (accident)” mövzusunda seminar keçirilib


“İslam fəlsəfəsində əsas mövzular: cövhər (substanca) və ərəz (accident)” mövzusunda seminar keçirilib Fevralın 28-də Fəlsəfə İnstitutunda növbəti ümuminstitut elmi seminarı keçirilib. Seminarda AMEA Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əntiqə Paşayeva “İslam fəlsəfəsində əsas mövzular: cövhər (substance) və ərəz (accident)” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə İslam fəlsəfəsinin yaranma tarixindən, ilk İslam filosoflarının fəaliyyətindən, həmçinin Aristotel və İbni Sina fəlsəfəsinə istinad etməklə cövhər və ərəz mövzusu barədə söhbət açıldı. Seminarda İslam dininin zühur etdikdən sonra elm və hikmətə olan marağın artdığını və bir sıra İslam mütəfəkkirlərinin yunan fəlsəfəsində təhlil olunan mövzulara diqqət etməyə başlamaları faktına da diqqət edildi.
Məruzəçinin fikrinə görə, Yunan fəlsəfəsində təhlil olunan əsas mövzulardan biri də cövhər və ərəz mövzusudur ki, ilk olaraq bu barədə Arsitotel fəlsəfsində bəhs olunsa da, İslam mütəfəkkirlərindən İbni Sina bu mövzunu daha da geniş şəkildə və tutarlı sübutlarla təhlil etmiş və yeniliklər gətirmişdir. Qeyd edək ki, cövhər – hər hansı bir şeyin zatın, ərəz isə hər hansı bir şeyin keyfiyyətini bildirir.
Sonda seminar iştirakçıların qarşılıqlı müzakirələri ilə başa çatdı.
“İslam fəlsəfəsində əsas mövzular: cövhər (substanca) və ərəz (accident)” mövzusunda seminar keçirilib
“İslam fəlsəfəsində əsas mövzular: cövhər (substanca) və ərəz (accident)” mövzusunda seminar keçirilib