18.01.2023, 11:35 - Baxış sayı: 224

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində 20 Yanvar faciəsinə həsr edilmiş seminar keçirilib


“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində 20 Yanvar faciəsinə həsr edilmiş seminar keçirilib18 yanvar 2023-cü ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində 20 Yanvar faciəsinə həsr edilmiş seminar keçirilmişdir. Seminarda şöbənin elmi işçisi, dissertant Sevinc Quliyeva “20 Yanvar faciəsinin siyasi-hüquqi qiyməti” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə qeyd edildi ki, qan yaddaşımızda böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar təkcə hüzn günü kimi deyil, eyni zamanda milli qürur və iftixar günü kimi anılır. Faciənin təhlili, hadisənin səbəblərinin araşdırılması onun tarixi-siyasi-hüquqi amillərini aşkara çıxarır. O dövrdə SSRİ rəhbərlərinin Azərbaycan xalqı barəsində qərəzli siyasəti “yenidənqurma” adı altında sərhədləri dəyişdirmək, Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdi keçmiş mərkəzin hərtərəfli yardımına əsaslanan erməni separatizmi 20 yanvar faciəsinin siyasi amillərini səciyyələndirir. Faciənin hüquqi təhlili onun cinayət xarakterini aşkar edir. Dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri bütün bəşəriyyətə qarşı yönəldilmiş qanlı cinayət idi. 20 yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və Azərbaycanın müstəqilliyə qovuşmasına yol açdı.
“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində 20 Yanvar faciəsinə həsr edilmiş seminar keçirilib