Mənəvi bütövlükdən milli həmrəyliyə
Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent
Tarixin hökmü ilə parçalanmış və müxtəlif dövlətlərin tərkibinə qatılmış tarixi Azərbaycanın indiki nəsillərinin müstəqil Azərbaycan dövləti ətrafında toparlanaraq mənəvi müstəvidə – azərbaycançılıq məfkurəsi çevrəsində bütövləşməsi 50 milyonluq dünya azərbaycanlılarının çevik və güclü həmrəyliyi üçün möhkəm əsaslar yaratmaqdadır. Milli həmrəyliyin yüksəlməsi isə öz növbəsində mənəvi bütövləşmənin yeni hədəflərə yönləndirilməsinə təkan verir.
Azərbaycan müstəqillik qazandıqdan sonra dünya azərbaycanlılarının bir araya gəlməsi və problemlərinin həlli istiqamətində dünya şöhrətli siyasətçi və dövlət xadimi, ümummilli lider, Heydər Əliyev böyük gələcəyi hədəfə alan tarixi əsaslar yaratmışdır. On il müstəqil Azərbaycan dövlətinin başçısı olmuş ulu öndər 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqa ünvanladığı müraciətlərində vurğulayırdı: “Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim zəngin mədəniyyətə malik Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur”.
Dünya azərbaycanlılarının yeganə dövlətinin rəhbəri bildirirdi ki, suverenliyimiz daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Ulu öndər zaman-zaman qəlbimizdə yaşatdığımız müstəqillik və azadlıq ideallarının həyata keçdiyi tarixi sınaq anlarında dünyanın müxtəlif guşələrindəki soydaşlarımızın Vətən təəssübkeşliyinə, övladlıq haqqına dərin inamını ifadə edərək, dünya azərbaycanlılarını azad, müstəqil, qüdrətli, demokratik Azərbaycan dövləti uğrunda səfərbər olmağa və milli həmrəyliyə çağırırdı.
Ümummilli lider sonrakı müraciətlərinin birində qeyd edirdi ki, dünyanın bütün ölkələrində yaşayan və qəlbi doğma Azərbaycanla bir döyünən həmvətənlərimizin də xalqımızın milli azadlıq mübarizəsində, ölkəmizin tərəqqisi və inkişafı yolunda önəmli xidmətləri vardır: “Biz nəinki, təkcə, müstəqil Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmlənməsi və inkiaf etməsi uğrunda, eyni zamanda bütün dünya azərbaycanlılarının milli hüquqlarının, tarixi haqlarının həyata keçirilməsi ilə bağlı ciddi iş aparmalıyıq. Bütün bu müqəddəs vəzifələrə nail olmaq üçün biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməliyik. Vətənini, xalqını sevən hər bir soydaşımız və ya digər tellərlə ölkəmizə bağlı olan hər bir şəxs Azərbaycan dövlətini öz arxasında hiss edərək azərbaycançılıq, vətənsevərlik hissləri ilə tarixi torpaqlarımıza, yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamalıdır.
Prezident Heydər Əliyevin sərəncamı ilə 2001-ci ilin 9–10 noyabrında Bakı şəhərində Dünya Azərbaycanlılarının
I Qurultayı keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Qurultayda 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Böyük azərbaycançı qurultayda demişdi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməmişlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir – ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz mahnılarımız, xalqımıza mənsub olan adət-ənənələrdir”.
Ulu öndər vurğulayırdı ki, insan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək, öz milliliyini qoruyub saxlasın. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub.
Qurultay öz işini 8 komissiyada – İnsan hüquqları və beynəlxalq əlaqələr, Ana dili və Azərbaycanşünaslıq, Elm və təhsil, Mədəniyyət, İqtisadi əlaqələr, Gənclər və idman məsələləri, Ermənistanın Azərbaycan təcavüzünün aradan qaldırılması məsələləri, KİV və informasiya mübadiləsi komissiyalarında davam etdirmişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə keçirilmiş dünya azərbaycanlılarının sonrakı 4 qurultayı 50 milyonluq soydaşımızın milli birliyinin formalaşdırılması, həmrəyliyinin yeni səviyyəyə qaldırılması istiqamətində tarixi irəliləyişlərlə müşayiət olunmuşdur. Sonuncu Şuşa qurultayında dövlət başçısı Qarabağ zəfərində milli birliyimizin və həmrəyliyimizin də önəmli payı olduğunu vurğulayaraq qürurla söylədi: “Mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar.
Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.
Dünya azərbaycanlılarının böyük hissəsinin İrandakı tarixi vətənlərində yaşaması onların bəlalı taleyinin daim gündəmdə olmasını tələb edir. Dünyada yaşayan soydaşlarımız son bir neçə ayda Güneyli qardaşlarımızın milli haqq savaşını gecə-gündüz nəfəs dərmədən izləyir, mənəvi dəstəklərini əsirgəmirlər. Soydaşlarımızın bütün taleyüklü məsələlərində olduğu kimi, bu mübarizədə də Azərbaycan dövləti və onun rəhbəri yeksək həssaslıq və möhkəm qətiyyət nümayiş etdirir.
Prezident İlham Əliyev ötən ilin noyabrında Türk Təşkilatı rəhbərlərinin Səmərqənd Zirvə görüşündə Güney azərbaycanlılarının əzəli hüquqlarının müdafiəsi ilə bağlı sərt bəyanat verdi: “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili, sadəcə, məişət səviyyəsində qalır”.
Bütün bunlardan göründüyü kimi, hazırda dünya azərbaycanlılarının qarşısında duran ən önəmli və təxirəsalınmaz vəzifə güneyli soydaşlarımızın haqq savaşına hərtərəfli dəstək verməkdir. Milli birliyimiz və həmrəyliyimiz 35 milyonluq Güney azərbaycanlılarının milli haqlarının tanınmasına öz töhfəsini verməlidir.
"Xalqqazeti.com"