16.12.2022, 11:13 - Baxış sayı: 227

Professor İlham Məmmədzadə və İnstitutun icraçı direktoru t.e.d. Eynulla Mədətli AMEA-nın Fəxri fərmanı ilə təltif olunublar


Professor İlham Məmmədzadə və İnstitutun icraçı direktoru t.e.d. Eynulla Mədətli AMEA-nın Fəxri fərmanı ilə təltif olunublarDekabrın 15-də AMEA-da “Şuşa İli” çərçivəsində görülmüş işlərin yekunlarına həsr olunan “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə və İnstitutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa İli”ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlarına görə AMEA-nın Fəxri fərmanı ilə təltif olunublar.