12.10.2022, 11:40 - Baxış sayı: 188

“İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində “Bəşəriyyətin gələcəyi və süni intellekt” mövzusunda seminar keçirilmişdir


“İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində “Bəşəriyyətin gələcəyi və süni intellekt” mövzusunda seminar keçirilmişdirAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun
Seminarı şöbənin elmi işçi Kamran Məmmədov açaraq, sözü məruzəçi Xanım Mustafayevaya vermişdir. Tədqiqatçı informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda süni intellekt sistemlərinin yaradılmasını müasir dövrümüzün əsas reallıqlarından birinə çevrildiyini söyləyərək, bunu ilk növbədə XX əsrin ortalarından başlanan elmi texniki inqilablarla əlaqələndirdi.
Süni intellekt sistemləri ilə bağlı nəzəriyyələri təhlil edən məruzəçi texniki sinqulyarizm probleminə toxundu. Daha sonra mövzu ətrafında suallar və çıxışlar oldu.
Mövzu ətrafında çıxış edən f.ü.f.d Məhəmməd Cəbrayılov şöbənin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri IV sənaye inqilabı və süni intellekt problemi olduğunu qeyd edərək, Dördüncü Sənaye İnqilabının süni intellekt texnologiyalar vasitəsilə sosial- ictimai münasibətlərə təsirindən danışdı və milli təhlükəsizliklə əlaqəli məsələlərə diqqət çəkdi.
Seminarda f.ü.f.d Məhəmməd Cəbrayılov, f.ü.f.d., Firuzə Əliyeva, f.ü.f.d., Səbirə İskəndərova, elmi işçilər Yeganə Bağırova, Humay Eminova, İlhamə Hüseynova, Alidə Zeynalova, kiçik elmi işçilər: Kamran Məmmədov, Elxan Quliyev, Zümrüd Hüseynova, böyük laborant Şəms Qasımova mövzu ilə bağlı məruzəçiyə suallar vermiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır. Yekunda seminar iştirakçıları tərəfindən məruzəçinin çıxışı qənaətbaxış qiymətləndirilmişdir.