23.09.2022, 13:12 - Baxış sayı: 327

“Gözəllik mahiyyətin gerçək təzahürüdür” adlı seminar keçirildi


“Gözəllik mahiyyətin gerçək təzahürüdür” adlı seminar keçirildi16 sentyabr 2022-ci il tarixində АМЕА Fəlsəfə və Sosiologiya İnstitutu Estetika şöbəsinin “Gözəllik mahiyyətin gerçək təzahürüdür” adlı seminarı keçirildi.
Seminarda Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov çıxış edərək gözəllik fenomenini mahiyyət və təzahür kateqoriyaları platformasında şərh etdi. O, vurğuladı ki, dünya, öz mahiyyətinə uyğun şəkildə qurulduqda gözəlləşir və insan həyatı da yalnız insani mahiyyəti gerçəkləşdirmə prosesi olduqda həqiqi olur, həqiqətən mənalı olur, daşıyıcısına da gözəl və yaraşıqlı görkəm verir və üstəlik, daşıyıcısında gözəllik və ülvilik duyğularını da yaradır. İnsan gözəlliyi – həqiqi həyatın, əsl həyat sürmənin bilavasitə ifadəçisidir. Buraya onu da əlavə etdi ki, həqiqi olan və həqiqətən mənalı olan həyat – insanın daxilində uyumaqda olan idealının dərk olunmasına və gerçəkləşməsinə yönəmli olan həyatdır. Bu da təbiidir. Çünki insanın həqiqi idealı əslində insani mahiyyətin insan təxəyyülündə aydın bir şəkildə canlandırılması olmaqdan başqa bir şey deyildir.
Seminarda Estetika şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Təhminə Ağakişiyeva, Etika şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İradə Zərqanayeva, Estetika şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Əsədova, şöbəsin elmi işçiləri Aypara Abbasova və Yasmina Məlikova, şöbəsin doktorantı Elnarə Hacıyeva mövzu ətrafında fikir və mülahizələrini bölüşdülər
“Gözəllik mahiyyətin gerçək təzahürüdür” adlı seminar keçirildi