21.09.2022, 06:22 - Baxış sayı: 179

Fəlsəfə və Sosiologiya İnstitutunun əmkdaşlaır şəhid ailəsini ziyarət ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun əmkdaşlaır şəhid ailəsini ziyarət ediblərSentyabrın 15-də yeni dərs ilinin başlaması münasibəti ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Əbdül oğlu Noçuyevin ailəsinə baş çəkib və şəhidin 1-ci sinifə qədəm qoyan övladı Uğuru hədiyyələrlə təbrik edərək, müvəffəqiyyətlər arzulayıb. Surxay Noçuyevin atası Əbdül Noçyev göstərilən diqqətə görə öz minnətdarlığını bildirib və oğlunun döyüş yolundan söhbət açılıb. Görüş zamanı son günlərdə vətən yolunda canından keçən şəhidlər anılıb.
Görüşdə iştirak edən Həmkarlar Təşkilatının sədri Asya Əhmədova və aparıcı elmi işçi, f.ü.f.d. Hüseyin İbrahimov torpaqlarımızın işğaldan azad edilməsində müstəsna xidməti olan qəhrəman şəhidin valideyinlərinə minnətdarlıqlarını bildiriblər.