20.06.2022, 11:02 - Baxış sayı: 204

Dosent Zöhrə Əliyevanın «Azərbaycanda maarifçilik fenomeni» adlı kitabı Fransada nəşr olunmuşdur


Dosent Zöhrə Əliyevanın  «Azərbaycanda  maarifçilik fenomeni» adlı kitabı Fransada nəşr olunmuşdurAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, dos. Zöhrə Əliyevanın Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Fransada "Edition Universitaire Europeenne (EUE)" nəşriyatında «Le phénomène des Lumières en Azerbaïdjan» - «Azərbaycanda maarifçilik fenomeni» kitabının yenilənmiş nəşri təkrar çap olunmuşdur.
Kitabda 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərindəki Azərbaycan ədəbi-nəzəri düşüncəsinin əhəmiyyəti və aktuallığı, eləcə də Qərb və Şərq sintezi olan maarifçilik ənənələri, müasir demokratikləşmə dövründə Azərbaycanın mədəni, mənəvi və ədəbi irsi, tarixi keçmişi araşdırılır. Azərbaycanın mədəni və ədəbi həyatında mühüm bir mərhələ təşkil edən maarifçilik fenomeni, çoxəsrlik milli adət-ənənələri ilə yanaşı, dünya mədəniyyəti ənənələrini də uğurla mənimsəmiş, Azərbaycan mədəni-maarif düşüncəsinin formalaşmasına əvəzsiz töhfə vermişdir.
Həmçinin, kitabda M.F.Axundzadə (Azərbaycan “Molyeri”), H.Zərdabi, S.A.Şirvani, Əhməd bəy Agaoglu, M,Ə.Rəsulzadə, M.S.Ordubadi kimi Azərbaycan maarifçiliyinin banilərinin ideyalarının formalaşmasına Avropa düşüncəsinin tədqiq olunmuşdur.
phenomene-nouveau.pdf [2,35 Mb] (Yüklənib: 3)