09.06.2022, 12:11 - Baxış sayı: 205

“Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabının təqdimatı haqqında məlumatlar Pakistan mətbuatında dərc edilib


“Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabının təqdimatı haqqında məlumatlar Pakistan mətbuatında dərc edilib3 iyun 2022-ci ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda İnstitutun icraçı direktoru, tarix elmləri doktoru, Azərbaycanın Pakistandakı sabiq səfiri Eynulla Mədətlinin Azərbaycan–Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 iliyinə həsr edilmiş “Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabının təqdimatı keçirilmişdir. Təqdimat haqqında məlumat Pakistan İslam Respublikasının “Pakistaneconomicnet.com”“En.dailyittehad.com.pk” saytlarında dərc edilib.
Qeyd edək ki, təqdimat mərasimində Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Bilal Hayi və səfirliyin əməkdaşları iştirak etmişlər.