03.06.2022, 10:39 - Baxış sayı: 227

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı “COVİD-19 pandemiyasının Azərbaycana təsirinin qiymətləndirilməsi” mövzusunda təlimdə iştirak edib


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı “COVİD-19 pandemiyasının Azərbaycana təsirinin qiymətləndirilməsi” mövzusunda təlimdə iştirak edibBMT İP Avropa İttifaqının maliyyə dəstəyi ilə “COVİD-19 pandemiyasının Azərbaycana təsirinin qiymətləndirilməsi” mövzusunda zoom platforması üzərindən ikigünlük onlayn təlim təşkil edib. Məqsəd sosial siyasətin təsirinin qiymətləndirilməsi üçün iştirakçılara dəlillərə əsaslanan siyasətlərin hazırlanmasında kömək etməkdir. Təlimçilər Emre Koyuncu və Esen Çağlar (PAL - “Siyasət Analizi Laboratoriyası”ının həmtəsisçiləri) təsirin qiymətləndirilməsinin əsasları, tədqiqat strukturunun planlaşdırılması, təhlilin aparılması və hesabatların hazırlanması, nəticələrin yayılması və ötürülməsi mövzularında 4 sessiya keçiriblər. 5-ci sessiya təsirin qiymətləndirilməsi ilə bağlı əlavə bacarıqların inkişaf etdirilməsinə həsr olunub, 6-cı sessiyada praktik nümunələr əsasında müxtəlif sektorlar üçün COVİD-19 pandemiyasının təsirinin qiymətləndirilməsi nümayiş etdirilib.
İnstitutun “Müasir fəlsəfə problemləri” şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Mahrux Nəcəfli də təlimdə iştirak edib.