23.01.2018, 10:48 - Baxış sayı: 1648

“Tək qütblü və çox qütblü dünya konsepsiyaları” mövzusunda seminar keçirilib


Yanvarın 22-də AMEA Fəlsəfə İnstitutunda növbəti seminar keçirilib. İnstitunun “İslam Fəlsəfəsi” şöbəsinin elmi işçisi Yasəmən Qaraqoyunlunun “Tək qütblü və çox qütblü dünya konsepsiyaları”mövzusunda məruzə ilə çıxış etmişdir. Seminarda F.Fukuyama, N. Danilevski, Əli Şəriəti və Ramiz Mehdiyevin çox qütblü və tək qütblü dünya haqqında konseptual baxışları və sosio-mədəni ideyaları müzakirə olunmuşdur. Məruzəçi qeyd etmişdir ki, bu konsepsiyalar əsasında Modernləşmə, Qloballaşma və Qlokalizasiya proseslərini təhlil etmək mümkündür.
Daha sonra mövzu ilə bağlı Fəlsəfə İnstitunun direktoru, f.ü.e.d., professor İlham Məmmədzadə, Şərqşünaslıq İnstitunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, elmlər doktoru Ramiz Sevdimalıyev, BDU “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasının müdiri, professor Rəbiyyət Aslanova, Sosialogiya kafedrasının müdiri prof. İzzət Rüstəmov, Şərqşünaslıq İnstitunun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, prof. Səməd Bayramzadə, SAM rəhbəri Fərhad Məmmədov, Fəslsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Eynulla Mədətli, dos. Faiq Ələkbərli və digər əməkdaşlar çıxış edərək öz fikirlərini bildirmişlər.
“Tək qütblü və çox qütblü dünya konsepsiyaları” mövzusunda seminar keçirilib
“Tək qütblü və çox qütblü dünya konsepsiyaları” mövzusunda seminar keçirilib