25.05.2022, 15:36 - Baxış sayı: 279

Dosent Zöhrə Əliyeva beynəlxalq konfransda iştirak edib


Dosent Zöhrə Əliyeva beynəlxalq konfransda iştirak edib15-21 may 2022-ci il tarixində Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri .f.e.f.d., dosent Zöhrə Əliyeva Tatarıstanın Bolqar şəhərində keçirilmiş 4-cü beynəlxalq “Rusiya müsəlmanlarının İslam tarixi-mədəni irsi ümumbəşəri dəyərlər sistemində” konfransında iştirak etmişdir.
Həmin konfransda Z.Əliyeva “Sufizmdə İlahi Həqiqət” mövzusu ilə çıxış etmişdir. Z.Əliyeva xüsusi qeyd etmişdir ki, sufizmin regional təzahürlərinin hər hansı tədqiqi, birincisi, normativ islam ənənələri ilə müqayisədə, ikincisi, bu fenomenin digər regional tədqiqatlarının nəticələri ilə müqayisədə həmişə öz aktuallığı ilə seçiləcəkdir.