11.05.2022, 10:52 - Baxış sayı: 271

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Faiq Ələkbərli Antalyada keçirilən qurultayda iştirak edib


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Faiq Ələkbərli Antalyada keçirilən qurultayda iştirak edibAntalya böyük şəhər bələdiyyəsi tərəfindən 6-8 may 2022-ci il tarixlərində Uluslararası Antalya Yörük və Türklük Araşdırmaları Elm və Sənət Qurultayı keçirilib.
Qurultayda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent Faiq Ələkbərli də iştirak edib.
Onun sözlərinə görə qurultaya türk dünyasının bir çox elm adamları da dəvət alıb. Qurultayda Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan və digər türk dövlətlərinin elm insanları (Prof. Dr. Ahmet Bican Ercilasun, Dos. Dr. Önder Bilgin, Prof. Abdullah Temizkan, Dos. Dr. Kayrat Belek, Prof. Ahmet Aksoy, Prof. Mustafa Aksoy və b.) maraqlı məruzələrlə çıxış ediblər.
Qurultayda “Türk aydınların düşüncəsində Turançılıq və İrançılıq” mövzusunda məruzə edən F.Ələkbərli bildirib ki, çağdaş dövrdə Turançılıq və İrançılıq düşüncələrinin formalaşması təsadüfi olmamışdır. Onun sözlərinə görə, türk xalqları haqqında formalaşdırılan “köçəri xalq”, bunun əvəzində iranlılarla bağlı “əkinçi” anlayışlarının yenidən araşdırılması vacib məsələdir.