Zəfər qurultayı Azərbaycan xalqının ədalətə güvənən tarixi birliyinin təntənəsidir
Sənan Həsənov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
YAP Yasamal rayon təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi ilk partiya təşkilatının sədri
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi və Zəfər Qurultayı adı ilə tariximizə düşən bu şanlı hadisə Azərbaycan xalqının ədalətə söykənən iradəsinin tarixi təntənəsi kimi qiymətə layiqdir. Qurultay elə bir tarixi şəraitdə reallığa çevrilmişdir ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsi ilə dünya birliyinin Qarabağ Azərbaycandır tezisinin etirafı ilə bir birini tamamlamışdır. Çünki 2022-ci ilin Şuşa ili elan edilməsi dünya azərbaycanlılarının mədəniyyət paytaxtını məhz yenidən bu qədim şəhərimizə qaytardı. Bu tarixi özünəqayıdış Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil etməklə postmüharibə dövrünün yeni reallıqlarının Azərbaycan xalqının iradəsi ilə müəyyənləşdirildiyini sübut etmiş oldu. Bu gün dünyanın müxtəlif ölkələrindən gəlmiş diaspor nümayəndələri, həmçinin qonaqlar ermənilərin barbar xislətinin şahidi olmaqla yanaşı, indiyədək onları dəstəkləyən qüvvələrin və beynəlxalq hüququn mexanizmlərinin fəaliyyətinin iç üzünü dünyaya göstərən dolğun məlumatlara sahib oldular. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin burada səsləndirdiyi tarixi nitq bütün bu kimi təsdiqini tapmış həqiqətlərin kökündə Prezident-Xalq-Ordu vəhdətinin nəyə qadir olduğunun dünyaya nümayişi idi. Bu birlik Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasından güc almış və hələ 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında dünya azərbaycanlılarına etdiyi cağırışla yeni mərhələyə daxil olmuşdur. Hələ o zaman Ulu Öndər qətiyyətlə bildirmişdir ki, “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, ərazilərimiz işğaldan azad olunacaq və xalq öz torpaqlarına qayıdacaq”. Bu tezis Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsindən sonra xalqına müraciətində öz tamlığını ifadə etdi. “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”/ Bu müjdə xalqın öz siyasi lideri ətrafında vahid ideologiyada birliyinin hər şeyə qadir olduğunun sübutu olmaqla həm də Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərlərinə dərk etdirdi ki, Azərbaycan xalqının “vasitəçilik missiyası” adı altında yarıtmaz fəaliyyətlə məşğul olanlara ehtiyacı yoxdur. Azərbaycan xalqı öz dəyərlərinin sahibidir və bütün tarixi torpaqları ilə yanaşı Şuşa şəhəri də tarixən olduğu kimi onun qəhrəmanlıq, mənəvi zənginlik simvoludur. Ona görə də Qurultaydan irəli gələn vəzifələr göstərir ki, biz Prezident İlham Əliyevin tövsiyələrini qarşıdakı dövrdə dünya azərbaycanlılarının fəaliyyətini müəyyən edən əsas ideoloji istiqamətlər kimi qiymətləndirməliyik. Dövlət başcısı demişdir: "Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda geosiyasi reallıqları dəyişməklə yanaşı, diasporun qarşısında da fərqli vəzifələr müəyyən edib. Düşünürəm ki, azərbaycançılıq məfkurəsindən irəli gələn ideoloji hədəflər dəyişməz olaraq qalır. Dünya azərbaycanlılarının birliyi, ölkəmizin tarixi, müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği və digər ideoloji postulatlar bu gün də aktualdır. Lakin indi Azərbaycan diasporu dövlətimizin yürütdüyü siyasətin məqsədlərini, Cənubi Qafqazda sülh, sabitlik, əmin-amanlıq və əməkdaşlığın zəruriliyini ifadə edən çağırışlarını dünyaya çatdırmaq kimi vacib missiyanı üzərinə götürür. Əminəm ki, ötən illərin təcrübəsi soydaşlarımızın bu missiyanı da uğurla yerinə yetirəcəyini söyləməyə əsas verir”. Hesab edirəm ki, bu tövsiyələr hər birimizin fəaliyyət proqramına çevrilməlidir.
"Sesqazeti.az"