Tarixi təşəbbüs
Sənan Həsənov,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
YAP Yasamal rayon təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri
Azərbaycan dilinin inkişafı mərhələləri xalqımızın həyatında baş vermiş ictimai-siyasi proseslərlə bilavasitə bağlı olmuşdur. Təkcə onu demək kifayətdir ki, Sovet hakimiyyəti dövründə XX əsrin 60-cı illərinədək Azərbaycan dilinin- Ana dilimizin inkişaf etdirilməsinə qarşı olan təzyiqlər, onun zənginləşdirilməsi yolunda bir sıra maneələr dövrün siyasi ideologiyasından qaynaqlanırdı. 1936-cı ildə SSRİ Konstitusiyasının qəbulu ilə milli dillərin sıxışdırılması, rus dilinin isə hüdudlarının genişləndirilməsi ilə “vahid dil” siyasətinin daha geniş şəkildə təbliğ olunması ana dili məsələsinin təbliği ilə məşğul olmağı hətta gündəmə gətirməyi bir necə onilliklər yasaqa çevirmişdir.
Bütün bu çətinliklərə baxmayaraq dahi siyasi xadim Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin I mərhələsində (1969-1982) dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə ortaya qoyması xalqının tarixi taleyində ana dili amilinin müstəsna əhəmiyyətinə verdiyi yüksək qiymətdən irəli gəlirdi. Bu cəsarət onunla öz ifadəsini tapmışdır ki, SSRİ Konstitusiyası haqqında danışarkən onun vətəndaşlara təhsil hüququ verdiyini, bu hüququn isə ana dilində oxumaq imkanını yaratmalı olduğunu israrla bildirmişdir. Belə həssas məsələyə özünəməxsus yanaşma tərzi ilə dahi siyasi xadim çox böyük siyasi müdrikliyin, cəsarətin və vətənpərvərliyin nümunəsini ifadə etmişdir. Onun iradəsi ilə reallaşan bu mənzərə XX əsrin 60-cı illərindən başlayaraq həm də bir sıra taleyüklü məsələləri həll etmiş oldu. Belə ki, Bakı əhalisinin sürətli inkişafına olan diqqət, dirçələn ziyalı təbəqəsindən ehtiyat qüvvələrin hazırlanmasında ali təhsilli kadrların sayının 150 min nəfərə çatmasında özünü göstərdi. Hökumət qulluqçularının nisbəti isə 20,1 faizi təşkil edirdi. Hər iki istiqamətdəki inkişaf ikidilliliyin güclənməsi ilə bir araya düşdüyü zaman hətta rus dilində danışanların sayı getdikcə daha üstünlük təşkil edirdi. Azərbaycan dilini özünün ana dili hesab edənlərin isə xeyli hissəsi bu dildən əsasən, danışıq dili kimi istifadə edirdi. Hətta belə bir mənzərə yaranmışdır ki, Azərbaycan dili dərin düşüncələri ifadə etmək üçün yaramır. Bu barədə "Gəlin açıq danışaq."- deyə daxili narahatçılıq hissi keçirən Bəxtiyar Vahabzadə yazırdı. “Rus məktəblərində oxuyan azərbaycanlılar çox vaxt öz fikirlərini ana dilində ifadə edə bilmirlər...Azərbaycan məktəblərində isə rus dilinin tədrisi 1-ci sinifdən, daha doğrusu, uşaqlar öz doğma dilini mükəmməl öyrənməmiş, onun özünəməxsus təbiətini və gözəlliyini duymamış başlayır”. Bu baxımdan, assimilyasiya dərəcəsindəki böyük fərqlərin yaranması və bunun tənzimlənməsi yolunda effektli addımların atılması cox mühüm milli məsələni həll etməyi zəruri edirdi. Sovet dönəmində yaranan belə bir milli ucurumun qarşısının alınması yolunda Heydər Əliyevin həyata keçirdiyi tədbirlər bütün bu kimi böhranlı ünsürlərə bir aydınlıq gətirdi. Ana dilimizə qarşı olan ögey münasibətin və mədəni mühitin milliləşməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində yadlaşma siyasətinin qarşısı alındı.
O zaman sovet ittifaqı tərkibində olan respublikaların əksəriyyəti öz ana dillərinin dövlət dili kimi qəbul olunmasına əhəmiyyət vermirdilər. Dahi siyasi xadim bu məsələnin xalqımız üçün müstəsna əhəmiyyətini ona görə önə cəkirdi ki, müstəqilliyin və azərbaycançılıq ideologiyasının gələcək əsasları məhz bu amillə sıx bağlı idi. Bu tarixi vəzifənın zamanında həll olunması yad ünsürlərin zərərli təsirlərinin şüurlarımızdan təmizlənməsinə bilavasitə yol acdı...
Çünki, 1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasında Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyırdı. Lakin milli ruhlu ziyalıları bu işə cəlb etməklə azərbaycan dilinin layihəyə salınmamasından irəli gələn narazılıqları hər an dilə gətirməklə respublikamızın rəhbəri Heydər Əliyev həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışmış və bu inadından əl çəkməmişdir. Xalqına olan məhəbbəti ilə istənilən təhlükəyə qalib gəlmək iradəsi dahi siyasi xadimin fəaliyyətinin əsas prinsipini müəyyən edirdi. Dahi siyasi xadim belə ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L. İ. Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini nəhayət, birdəfəlik həll etməyə nail olnmuşdur. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında bu maddə böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili kimi statusunu təsdiq etdi. Bu ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” kəlamı ilə mütərəqqi ideologiyanın şüurlarda dərki prosesində yeni mərhələnin əsasını qoydu. Bu tarixi nailiyyət dilimizin zənginləşməsi ilə yanaşı, xalqımızın mənəvi müstəqilliyinin təsdiq olunması kimi tarixi məsələlərdə alim, mütəfəkkirlərimizə yeni imkanlar açdı. Ana dilimiz xalqımızın ruhunu ifadə edən müstəqil düşünmək imkanaları ilə milli ideologiyanın təşəkkülü prosesini bir-biri ilə sıx şəkildə bağlamaq mərhləsinə keçidi təmin etdi.
1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev baş qaldırmış mənfi tendensiyalara baxmayaraq Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı gərgin müzakirələrdə yenidən tarixi müdrik göstərərək dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca imzalanan fərmanlar, qəbul edilmiş qanunlar Azərbaycan dilinin zənginliyinin və xalqımızın malik olduğu mənəvi potensialın minilliklərdən bəri formalaşdığı kimi həqiqətləri siyasi məsələ olaraq dünyaya sübut etmiş odu. Bu gün təqvimizdə hər ilin avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi Ulu Öndər Heydər Əliyevin qiymətli milli sərvətimizi göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməli olduğumuza dair etdiyi əmanətin tarixi təcəssümüdür......
ikisahil.az