21.04.2022, 11:52 - Baxış sayı: 243

“Erkən nikahlara qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilmişdir


“Erkən nikahlara qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilmişdirAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Erkən nikahlara qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanın əsas məruzəçiləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rauf Məmmədov və AƏSMA Gender Araşdırmaları Mərkəzinin rəhbəri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov erkən nikahların yaranma səbəbləri, aradan qaldırılması yolları barədə məlumat vermiş, bu istiqamətdəki qanunvericilik aktlarından danışmışlar. Ölkədə belə nikahların aradan qaldırılması üçün aparılan tədbirlər və maarifləndirici fəaliyyətdən də bəhs olunmuşdur. İslam dinində erkən evlilik məsələsi, dünya ölkələrində erkən evliliyə münasibət və müasir statistika, erkən evliliyin fəsadları barədə geniş müzakirələr olmuşdur.
“Erkən nikahlara qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilmişdir