22.12.2017, 17:26 - Baxış sayı: 1202

Fəlsəfə İnstitunda çinli filosofların iştirakı ilə “Transformasiyalaşan cəmiyyətlər: Fəlsəfə və dəyərlər” mövzusunda dəyirmi masa keçirilib


Fəlsəfə İnstitunda çinli filosofların iştirakı ilə “Transformasiyalaşan cəmiyyətlər: Fəlsəfə və dəyərlər” mövzusunda dəyirmi masa keçirilib22 dekabr 2017-ci ildə AMEA-nın Fəlsəfə İnstitutunda Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və Kulturologiya mərkəzinin nümayəndələri ilə birlikdə “Transformasiyalaşan cəmiyyətlər: Fəlsəfə və dəyərlər” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Tədbir giriş sözü ilə açan Fəlsəfə İnstitutunun direktoru, f.ü.e.d.. prof. İlham Məmmədzadə çıxış etmişdir. O, çıxışında Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişafı və ənənəvi dostluğun vacibliyini qeyd edərək, bu cür əməkdaşlığın fəlsəfi sahədə də mühüm olduğunu vurğuladı. Azərbaycan filosofları ilə Çin filosoflarının elmi cəhətdən qarşılıqlı əməkdaşlığı bizim üçün birinci təcrübə olduğunu deyən İ.Məmmədzadə bildirib ki, Fəlsəfə İnstitutunun “Elmi əsərlər” jurnalında tanınmış Çin filosofunun məqaləsinin çap olunması buna bariz nümunə ola bilər və bu cür elmi tərəfdaşlığın daha da genişlənərək müştərək işlərin görülməsi arzuolunandır.
Sonra Çin İctimai Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktor müavini Çuy Vayxan çıxış edədk səfərlərinin məqsədinin Azərbaycan fəlsəfəsini və mədəniyyətini dərindən öyrənmək olduğunu bildirib. İki qurum arasında birgə mübadilənin aparılmasının vacibliyini söyləyən Ç.Vayxun azərbaycanlı filosofları 2018-ci ildə Çində keçiriləcək Fəlsəfə Konqresinə dəvət edib.
Tədbirdə XXI əsrdə fəlsəfənin aktual problemləri, qloballaşma müstəvisində idrakın yeri və rolu, postmodernizm, aksiologiya və fəlsəfənin gələcəyi, islahatlar təcrübəsinin fəlsəfi mahiyyəti, Azərbaycan-Çin münasibətlərində dialoqun rolu, Çin fəlsəfəsi haqqında elmi aktuallıq kəsb edən mövzular üzrə çıxışlar dinlənilmişdir.
Sonda Azərbaycan və Çin filosofları tədbirin işini kifayət qədər uğurlu hesab edərək Fəlsəfə İnstitutu və Çin İctimai Elmlər Akademiyasının Fəlsəfə İnstitutu arasında əməkdaşlığın davam etdirilməsi haqqında qərara gəldilər.
Fəlsəfə İnstitunda çinli filosofların iştirakı ilə “Transformasiyalaşan cəmiyyətlər: Fəlsəfə və dəyərlər” mövzusunda dəyirmi masa keçirilibFəlsəfə İnstitunda çinli filosofların iştirakı ilə “Transformasiyalaşan cəmiyyətlər: Fəlsəfə və dəyərlər” mövzusunda dəyirmi masa keçirilib