06.04.2022, 14:14 - Baxış sayı: 387

Dosent Anar Qafarovun məqaləsi beynəlxalq indeksli jurnalda çap olunub


Dosent Anar Qafarovun məqaləsi beynəlxalq indeksli jurnalda çap olunubAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi dosent Anar Qafarovun məqaləsi beynəlxalq indeksli jurnalda çap olunub.
Məqalə Türkiyə Respublikası Atatürk Universitetinin beynəlxalq indeksli (Web of Science/ESCI) “İlahiyat tetkikleri” adlı impakt faktorlu jurnalında “Felsefî kelâm ve ahlâk felsefesi bağlamında kötülük problemi: Nasîrüddin Tûsî merkezli bir analiz” sərlövhəli məqaləsi nəşr olunub.
A.Qafarov sözügedən məqalədə bəşəriyyətdə mövcud olan şər problemini ədalətli Tanrı təsəvvürü ilə analitik şəkildə müzakirə obyektinə çevirib. Nəsirəddin Tusinin fəlsəfədə şər probleminə dair yanaşmalarını nəzərə alaraq təhlil və tənqidi şəkildə izah etməyə çalışıb. Yazıda N.Tusinin fəlsəfi düşüncələri nümunəsində Orta əsr İslam fəlsəfi fikrində şər problemi Tanrının ədalətli olduğuna dair konsepsiya ilə uzlaşdırılaraq təhlil edilir, eyni zamanda, fəlsəfi, teoloji və etik aspektlərdən əsaslandırılır.
Qeyd edək ki, dosent A.Qafarovun fəlsəfə, teologiya və etikaya dair ölkədaxili və xaricdə tək və həmmüəllifli olaraq bir çox əsəri mövcuddur. Həmçinin o, beynəlxalq nüfuzlu bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür.
Anar-qafarov.pdf [1,05 Mb] (Yüklənib: 6)
Dosent Anar Qafarovun məqaləsi beynəlxalq indeksli jurnalda çap olunub