08.12.2017, 12:52 - Baxış sayı: 1483

Fəlsəfə İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq konfransda iştirak edib


Fəlsəfə İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq konfransda iştirak edibAMEA Fəlsfə İnstitutunun əməkdaşı f.ü.f.d. Məhəmməd Cəbrayılov 23-25 noyabr 2017-ci il tarixində Türkiyənin Kastamonu universitetində ölkənin 14 bölgəsindən bələdiyyə sədrlərinin və alimlərinin, o cümlədən dünyanın 28 ölkəsindən alimlərin qatıldığı “Birinci Davamlı İnkişaf”a həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir. Məhəmməd Cəbrəyılovun “Regionda yaşlı iqtisadi siyasətin inkişafında Azərbaycan Türkiyə münasibətləri: reallıq və perspektivlər” mövzusunda etdiyi çıxış iştirakçılar arasında böyük marağa səbəb olmuş və ona verilən sualları elmi cəhətdən əsaslandırılmışdır.