Azərbaycanda erməni separatizmi
Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru.
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri ilə 1987-ci ildən başlayıb. Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verməsindən cəmi 3 ay sonra, 1988-ci ilin fevralında isə Azərbaycana qarşı Ermənistanın torpaq iddiası baş qaldırdı və Qarabağda münaqişə ocağı yaradıldı.
Azərbaycan xalqının müstəqil inkişaf yolunu seçməsi müqabilində SSRİ rəhbərliyi imperiyanın gücünü göstərmək, onun imkanlarını nümayiş etdirmək qərarına gəldi. 1990-cı il yanvarın 20-də gecə xüsusi qəddarlıqla, misli görünməmiş vəhşiliklərlə Bakının zəbt olunması təmin edildi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular.
Yanvar ayında erməni terrorçuları tərəfindən Əsgəran-Ağdam yolunda körpü, Şuşa şəhərini su ilə təmin edən boru kəməri, Ağdam şəhərində avtovağzal binası partladılmışdı. 19 yanvar tarixində Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul edir, lakin Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Naxçıvanın Şada, Yuxarı Yaycı, Havuş, Günnüt və Batabat rayonu hücuma məruz qalır, Sədərək rayonunda 10 nəfər azərbaycanlı xüsusi qəddarlıqla öldürülür. Naxçıvan MSSR in Kərki kəndi Ermənistan SSR də yerləşən 7 ci sovet ordusunun hərbçiləri tərəfindən işğal edilərək ermənilərə təhvil verilir.
Bakı və Gəncə şəhərlərində, digər yaşayış məntəqələrində ictimai siyasi vəziyyət daha da ağırlaşır, hakimiyyətsizlik hökm sürən respublikaya Ermənistan SSR tərəfdən silahlı hücum güclənir. 1990 cı il yanvarın 19 da SSRİ Ali Soveti yanvarın 20 də saat 00 dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman versə də, fövqəladə vəziyyət rejiminin qüvvəyə mindiyi vaxt xalqa bildirilmədi. Axşam saatlarında ölkənin yeganə televiziyasının enerji bloku partladıldığından hücum barədə ictimaiyyətə məlumat çatdırılmadı. Şəhərə beş istiqamətdən ordu yeridilmişdi. Tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçir, sonra köhnə avtovağzal, "20 Yanvar" meydanı, keçmiş "Kimyaçılar Evi"nin yanı ilə metronun Elmlər Akademiyası metrostansiyasının qarşısına keçmişdilər. Qoşunlar Biləcəri yolunda qurulan barrikadanı uçuraraq, Bakıya daxil olmuşdu. İnsanların çoxu metroya tərəf qaçırdı ki, keçidə girsin, lakin tanklar buna imkan vermir, insanlar projektorların gur işığı altında müəyyən edilib güllələnirdilər. Bu qanlı terror nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu sözün həqiqi mənasında “ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş” qanlı cinayət idi.
Yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi. Azərbaycanlıların yaşadıqları 154 yaşayış məntəqəsi aramsız basqınlara məruz qalmışdı.
Kəşfiyyat polkovniki Q.B.Smirnov baş verən qanlı Bakı hadisələrini araşdırarkən göstərir ki, ermənilər hücumdan əvvəl Azərbaycanla bağlı çox güclü və hərtərəfli təhlil olunmuş, dəqiq və təkzib olunmayan strateji kəşfiyyat məlumatlarına malik olublar. O haqlı olaraq belə bir sualı ortaya qoyur: “Kim idi bütün bunların arxasında dayanan? Təəssüflər olsun ki, Azərbaycan tərəfi bütün bu məsələlərin kökünə getməkdə, dünyaya, bəşəriyyətə hər şeyi olduğu kimi tanıtmaqda o vaxt nədənsə acizlik göstərdi. Mən həmişə baş verən terror hadisələrini araşdırmışam. Əgər təcrübəli kəşfiyyat generalı, ölkənin ictimai-siyasi durumuna ciddi bələd olan Heydər Əliyev öz möhtəşəm və dünyanı sarsıdan çıxışında cəmi yarım saat geciksəydi... onun və onun ətrafında olanların həyatını xilas etmək mümkün olmayacaqdı...”.
Kəşfiyyat generalı V.A.Kirpiçenko isə Heydər Əliyevə etdiyi telefon zəngində vicdan əzabı çəkdiyini etiraf edir. V.A.Kirpiçenko 1990-cı il yanvarın 22-də Azərbaycan xalqına ünvanladığı məktubda bildirirdi: «...Baş verənlərə görə, bir rus zabiti kimi həmişə əzab çəkəcəyəm. Çünki mən bu xalqı, onun ədəbiyyatını, tarixini, adət-ənənəsini çox sevirəm. Azərbaycan xalqı tarixdə yeri olan bir xalqdır...».Ümummilli lider Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, “20 Yanvar faciəsi totalitar kommunist rejimin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi”.
M.Qorbaçovla kəskin telefon danışığından sonra bütün gecəni yata bilməyən ümummilli lider Heydər Əliyev eşitdi ki, Moskvada Azərbaycanın daimi nümayəndəliyinin binası qarşısında adamlar yığışıb. Təxminən 4-5 min nəfər. Heydər Əliyev o saat qərara aldı ki, oraya getsin. Onunla birlikdə övladları da daimi nümayəndəliyin binasına tərəf yollandılar. Xalqının fəlakətə düçar olduğu, təqib və təzyiqlərə məruz qaldığı bir dövrdə ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, 6 minə yaxın həmvətəninin iştirakı ilə təşkil olunmuş mitinqdə çıxış etdi. Heydər Əliyevin bu tarixi mitinqdə çıxışı dünyada sensasiya doğurdu. Onun ittiham nitqi qan içində boğulan Qorbaçov “yenidənqurması” üçün rekviyem oldu. Həmin gün bütün xarici radiosəslər Heydər Əliyevdən sitatlar gətirir, daimi nümayəndəliyin qarşısına yığılmış xarici müxbirlər isə müsahibə almaq üçün Əliyevi mühasirəyə almışdılar.
Bu isə hadisələrin digər iştirakçısı Adilə xanım Abbasovanın danışdıqlarıdır: “... 1990-cı ilin 20 yanvarında Bakıda baş verən faciədən xəbər tutan kimi biz dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısına getməyi qərara aldıq. Yanvarın 21-də yəqin ki, Moskvada yaşayan bütün azərbaycanlılar daimi nümayəndəliyin qarşısına gəlmişdilər. Çoxlu adam var idi! Elə həmin vaxt mən Mixail Qorbaçov tərəfindən sanksiyalaşdırılan insanlığa zidd aksiyaya qarşı hiddət və etirazını bildirmək üçün daimi nümayəndəliyə gələn Heydər Əliyevi ikinci dəfə gördüm. O, bizim qarşımızda çıxış etdi. Onun yaxınlığında durmuşdum. Kəskin danışırdı, ilk dəfə məhz bu mitinqdə söylədi ki, Mərkəz Azərbaycan xalqına qarşı əsl təcavüz etmişdir. O, heç kimdən və heç nədən çəkinməyərək danışırdı.
Heydər Əliyev doğma xalqı ilə həmrəy olaraq, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirmişdi: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm ... Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.
Heydər Əliyev qeyd edirdi: “Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır”. “Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi”.“Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər”.
Heydər Əliyev Azərbaycan KP MK, Respublikanın Ali Soveti və Nazirlər Sovetinə vurduğu teleqram vasitəsilə xalqa müraciət etmişdi: “Azərbaycan xalqına! Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gəlmiş faciədən — dinc əhalinin qırılmasından böyük ürəkağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio, televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm”.
Los Ancelesin “Times” qəzeti yazırdı: “Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər, 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”.
Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirmişdi. 1990-cı il yanvarın 22-də xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin 20 Yanvar hadisələri ilə bağlı sessiyası çağırılsa da, respublikanın əksər siyasi və dövlət rəhbərlərinin ora girməməsi öz millətinə qarşı törədilən cinayətdə iştirakının sübutu idi.
Xalqımıza qarşı törədilmiş cinayət əslində açılmamış qalmışdı. Bu azmış kimi Sovet hakimiyyəti dövründə 20 Yanvar hadisələri ilə bağlı olan, müxtəlif şəxslər tərəfindən toplanıb Dövlət İstintaq Komissiyasına verilmiş konkret sənədlər, dəlil və sübutlar Azərbaycandan çıxarılıb aparılmışdı. Müvafiq orqanlar o zaman nəinki zəruri istintaq tədbirlərini həyata keçirdilər, hətta bir sıra məxfi sənədlər, o cümlədən əhəmiyyətli arxiv sənədləri bütövlüklə və ya qismən məhv edildi. Eyni zamanda, 20 Yanvar hadisələri şüurlu surətdə müəyyən təhriflərlə, yanlış yozumlarla respublika əhalisinə çatdırılmışdı. 1995-ci ildə Heydər Əliyev 20 Yanvar hadisəsinin ildönümü mərasimində söyləmişdi: “Bu təcavüz Azərbaycan xalqına qarşı edilmişdi. Həlak olanlar Azərbaycanın milli azadlığı uğrunda qurban getmişdilər. Ancaq respublikanın rəhbərləri həmin dəfn mərasimində olmadılar. Bəziləri indi deyirlər ki, gəldilər, keçdilər, amma onlar matəm mərasiminin başında durmalı idilər, əvvəldən axıradək orada olmalı idilər. Əgər onlar xalqın rəhbərləri idilərsə, xalqa başçılıq edirdilərsə, gərək gəlib orada duraydılar. Bu da təsadüfi deyil, çünki yəqin mənəvi hüquqları yox imiş, onlarla xalq arasında böyük bir uçurum var idi”.
Bir məsələni də nəzərdən qaçırmaq olmaz. Azərbaycan Xalq Cəbhəsini təmsil edənlər hakimiyyətdə olduqları zaman 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdilər. Ən ciddi şəkildə narahatlıq doğuran məqamlardan biri ondan ibarətdir ki, baş vermiş faciə siyasi-hüquqi müstəvidə nəinki yetərincə araşdırılmadı, hətta onun mahiyyəti hər vasitə ilə gizlədildi. Heydər Əliyev çıxışında qeyd edirdi: “Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır. Yanvarın 22-də Azərbaycan Respublikasının o vaxtkı rəhbərlərinin iradəsinə zidd olaraq ölkəmizin qeyrətli adamları, deputatları, ziyalıları Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasını topladılar. Ağır şəraitdə, böyük təzyiqlər, qorxu altında, böyük təhlükə qarşısında bu məsələ müzakirə olundu. Mən hesab edirəm ki, həmin gecə, elə bir ağır şəraitdə layiqli qərar qəbul edildi. Bu gün xüsusi qeyd etmək lazımdır ki, həmin sessiyanın da aparıcı qüvvəsi bizim ziyalılar, Vətənə, torpağa bağlı adamlarımız idi. ...Ağır, çox ziddiyyətli bir şəraitdə – sovet ordusunun Azərbaycandakı hökmranlığı şəraitində, Sovet İttifaqı Kommunist Partiyasının Azərbaycana təzyiq göstərdiyi bir vaxtda gecə belə qərar qəbul olundu. Bu, doğrudan da yüksək qiymətə layiqdir. Ancaq bundan sonra nə oldu? ... Günahkarlar kənarda qaldılar, öz şəxsi məqsədləri, mənafeləri üçün xalqın tarixi faciəsini ört-basdır etməyə çalışdılar”.
Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri belə xatırlayırdı: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.
Seçkilərin elə ilk turunda o, həm Azərbaycan SSR-in, həm də Naxçıvan Muxtar Respublikasının xalq deputatı mandatını qazandı. Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin mart sessiyasında öz tarixi çıxışları ilə respublikanın tam müstəqil yaşamaq imkanlarını açıqlamışdı. Azərbaycanın tarixində ilk dəfə olaraq məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti bu qanlı hadisələrə qiymət verdi.
Ulu öndər Heydər Əliyev “1990-cı ilin yanvar ayında törədilən Bakı hadisələrinə qiymət verilməsi haqqında” qərar layihəsini hazırlayaraq 1990-cı il noyabrın 21-də Naxçıvan MR Ali Məclisinin müzakirəsinə təqdim etdi. Naxçıvan MR Ali Məclisi tərəfindən qəbul edilən qərarda 20 Yanvar hadisələrinə siyasi qiymət verilir, kütləvi qırğın təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Həmin qərarda 20 Yanvarın hər il Naxçıvan MR-də matəm günü kimi qeyd olunması məsələsi də öz əksini tapmışdı.
Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə Azərbaycan SSR Azərbaycan Respublikası adlandırıldı və AXC-nin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edildi.
2002-ci il 5 yanvar tarixində 20 Yanvar faciəsinin on ikinci ildönümünün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından: “XX əsr tarixində totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı, ümumiyyətlə humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayət idi. SSRİ-nin başqa regionlarında, o cümlədən Tbilisidə və Baltikyanı ölkələrdə sovet hərb sisteminin törətdiyi qanlı hadisələr müxtəlif səviyyələrdə, o cümlədən SSRİ xalq deputatları qurultayı səviyyəsində müzakirə edilsə də, 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu surətdə təhrif olunur və unutdurulurdu.
Ulu öndər Heydər Əliyev 1995-ci ildə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “Qanlı Yanvar" rəssamlıq sərgisinin açılışındakı çıxışında haqlı olaraq qeyd edirdi: “Xalqımız əsrlər boyu belə mərhələlərdən keçərək bu günə gəlib çatmışdır. Əgər XX əsri götürsək, 1918-ci ildə, 1920-ci ildə Azərbaycan xalqının başına gələn bəlalar, faciələr məlumdur. 1937-1938-ci illərin faciələri də məlumdur. Ancaq 1990-cı ilin yanvarında, əsrimizin sonuna yaxın baş vermiş hadisələr əvvəlkilərin heç biri ilə müqayisə oluna bilməz. Çünki bu dövr Azərbaycan xalqının artıq milli oyanış, öz mənliyini sübut etmək, milli azadlıq hisslərini aşkara çıxarmaq, büruzə vermək mərhələsi idi”. Heydər Əliyev hər cür vasitələrlə millətinin dərdinə şərik oldu, millət də öz liderinin arxasında durdu, inandı.
1995-ci il aprelin 27-də İstanbulda Mixail Qorbaçov Qara Yanvarla bağlı bunu demişdir: Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi. Heydər Əliyev belə bir müdrik fikri dəfələrlə təkrarlamışdı: “Həyatda elə şeylər var ki, heç vaxt onları satmaq, başqalarına peşkəş etmək olmaz. Bunlar Vətən, xalqın mənafeyi və təmiz vicdanıdır”.
Ümummilli liderin 1996-cı il 20 yanvar günü respublika sarayı şəhidlərinin xatirə gecəsində çıxışından: “Xalqımız öz müstəqilliyini qoruyub saxlayacaqdır. Buna əmin ola bilərsiniz. Müstəqil Azərbaycan günü-gündən inkişaf edəcək, ancaq bu günlər heç vaxt unudulmayacaqdır. Heç vaxt unudulmayacaqdır. Gələcək nəsillər bu günləri daim yad edəcəklər. Mən buna əminəm. Bizim borcumuz şəhidlərin ruhuna sadiq olmaqdır. Bizim borcumuz əcdadlarımızın vəsiyyətinə sadiq olmaqdır – milli azadlığımızı qorumaq, dövlət müstəqilliyimizi qoruyub saxlamaqdır. Xalqımız heç vaxt sınmayacaqdır. Əmin olun ki, respublikanın prezidenti kimi, bu gün bir daha bəyan edirəm, xalqımızın milli azadlığını qoruyub saxlamaq, dövlət müstəqilliyini qorumaq və inkişaf etdirmək mənim müqəddəs vəzifəmdir”.
20 Yanvar hadisələri nəyi təsdiqlədi?
Totalitarizm və qanlı terror aktları bir-birindən ayrılmazdır, biri digərini tamamlayır.
Hər hansı xalqa, o cümlədən Azərbaycan xalqına münasibətdə törədilən cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı cinayət deməkdir. Belə bir cinayət son dərəcə dəhşətli əməldir, lakin cinayəti törədənlərin cəzalandırılmaması ondan da dəhşətlidir.
20 Yanvar hadisələri göstərdi ki, xalqımız siyasi-hərbi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqdir, ən ağır sınaqlardan çıxa bilir, hətta şəhid vermək əzmindədir.
Şəhidlik zirvəsinə yüksəlmiş Vətən övladları özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazmağı bacardılar. Azərbaycanın milli qəhrəmanları və vətənimizin azadlığı uğrunda Şəhidlərin ailə üzvləri ilə görüşdə Heydər Əliyev söyləmişdir: “Əsrlər boyu Azərbaycanı məhz belə insanlar, belə oğullar qoruyub saxlayıb, yaşadıb və bu günə gətirib çıxarıblar. Məhz belə insanlar Azərbaycanı bu bəladan qurtaracaq, Vətənimizin yüksəlişini təmin edəcək, Azərbaycanı xoşbəxt gələcəyə aparacaqlar”.“Biz 20 Yanvar hadisələrinə faciə kimi baxırıq. Doğrudur, faciədir. Ancaq bu faciənin səbəbi nədir? Səbəbi bir tərəfdən odur ki, Azərbaycan xalqı öz milli azadlığı uğrunda mübarizəyə qalxmışdır. Bu, çox böyük, tarixi bir hadisədir. Azərbaycan xalqında milli ruh yüksəlmiş, milli oyanış, dirçəliş hissləri baş qaldırmışdır. Ayrı-ayrı mütəfəkkir adamlarımızın qəlbində illərlə yaşayan bu hisslər artıq üzə çıxmış, özünü büruzə vermiş, aşkar olmuş, ayrı-ayrı qrupların deyil, bütün xalqın iradəsinə çevrilmişdir”.
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, bu qanlı faciə, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi: “O vaxtadək Sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi. Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi”.
Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında müzəffər Ali Baş Komandanın tapşırıqları, həmçinin müharibə dövründə və ondan sonrakı dövrdə diplomatik əlaqələrin düzgün və korrekt qurulması hesabına region və dünya çapındakı aparıcı dövlətlərlə aparılan danışıqlarda milli maraqlarımızın tam təmin olunmasına gətirib çıxarması, ən nəhayət Türkiyə ilə Azərbaycan arasında bütün sahələri ehtiva edən Şuşa Bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin uğurlu siyasi strategiyasının nəticəsidir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsində Azərbaycanın azad edilmiş torpaqlarına bundan sonra həyat qayıdacaq.