07.01.2022, 10:47 - Baxış sayı: 368

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Füzuli Qurbanov və Sənan Həsənov “Səs-tv”-nin qonağı olublar


Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Füzuli Qurbanov və Sənan Həsənov “Səs-tv”-nin qonağı olublarAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov “Səs-tv”-nin "Gündəm" verlişinin qonağı olmuşlar. Verilişdə Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlara təsiri, sərhədlərin delimitasiya və demarkasiyasi üzrə aparılan danışıqların siyasi fəlsəfi təhlili yer almışdır. Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair Azərbaycanın atdığı konstruktiv addımlar və hazırkı mövcud durum müzakirə edilmiş, bölgədə sülhün təmin və davamlı olmasına dair diplomatik görüşlərin əhəmiyyəti təhlil edilmişdir.
Həmçinin verlişdə çoxsaylı tamaşaçı suallarını cavablandıran alimlərimizin fikirləri geniş ictimaiyyat numayəndələri tərəfindən maraqla qarşılanıb.