15.12.2021, 12:20 - Baxış sayı: 273

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri beynəlxalq konfransda iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri beynəlxalq konfransda iştirak ediblər14 dekabr 2021-ci il tarixində Pakistanın paytaxtı İslamabadda Sülh və diplomatik tədqiqatlar institutu, İctimai Siyasət Rifah institutu, İpək Yolu Tədqiqat Mərkəzi, Əllamə İqbal Açıq Universiteti və Azərbaycanın Pakistandakı Səfirliyi birlikdə “Nizami Ganjavi- A Revolutionery, Visionary Poet and Philosopher” mövzusunda seminar keçirmişlər. Seminarda Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov çıxış etmişdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Eynulla Mədətli “Nizami irsinə İranda münasibət: iddialar və həqiqətlər”, institutun əməkdası, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Nizami Gəncəvinin etik görüşləri” mövzusunda məruzə etmişlər. Seminarda Nizaminin fəlsəfi görüşlərinin müxtəlif aspektlərinə dair maraqlı məruzələr edilmişdir.