14.12.2021, 09:50 - Baxış sayı: 240

Yeni monoqrafiya işıq üzü görüb


Yeni monoqrafiya işıq üzü görübAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosiologiya” şöbəsinin əməkdaşı, iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlunun “Sosial-iqtisadi proseslərin idarə olunmasında ahəngyol nəzəriyyəsindən istifadə” adlı monoqrafiyası (Bakı, “Elm və təhsil”, 2021. 358 səh.) nəşr olunub.
Monoqrafiya müəllifin təklif etdiyi, artıq beynəlxalq elm aləmində geniş tanınan ahəngyol elmindən sosial-iqtisadi proseslərin idarə olunmasında istifadə yollarına həsr olunmuşdur.
Kitabda sosial-iqtisadi proseslərin mahiyyəti dərindən araşdırılmış, bu sahədə yeni yanaşmaya ehtiyac olduğu göstərilmişdir. Sosial-iqtisadi proseslərin uğurla idarə edilməsi üçün elmi bazanın formalaşması, bu sahədə sosiologiya elminin rolu barədə ətraflı məlumat verilmişdir. Sistem nəzəriyyəsindən, ahəngyol elmindən və onun əsas müddəalarından, metodlarından sosial-iqtisadi proseslərin daha uğurlu şəkildə idarə edilməsi yolları göstərilmişdir. Olduqca yeni bir yanaşma əsasında yazılmış kitab sosiologiyanın, müasir elmin bu sahədəki inkişafı üçün də olduqca faydalı ola bilər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitunun Elmi Şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru
prof. fəl.e.d. İlham Məmmədzadə, rəyçiləri AMEA-nın müxbir üzvü, prof. f-r.e.d. Əyyub Quliyev, fəl. e.d. Füzuli Qurbanov və iqt.ü.f.d., dos. Aqil Eyvazovdur.