30.11.2021, 10:25 - Baxış sayı: 895

Gənc alim Günel Məlikli beynəlxalq elmi konfransda çıxış edib


Gənc alim Günel Məlikli beynəlxalq elmi konfransda çıxış edibAMEA-nın YAP İdarə Heyətinin üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Akademiyasında Beynəlxalq elmi konfransında “Azərbaycanın Müasir Dövlətçiliyində İlham Əliyevin Tarixi Qələbəsi” mövzusunda məruzəsi ilə çıxış edib.
Çıxışında“İllər ərzində ölkəmizdə aparılan işlər,vaxtında həyata keçirilmiş hərtərəfli islahatlar və düşünülmüş iqtisadi siyasət,hərbi sahədə həyata keçirilən islahatlar, ordumuzun qüdrətini artırılması, Ali Baş Komandana tam inam və etimad göstərən xalqımız öz liderinin ətrafında yumruq kimi birləşməsi kimi mühüm məqamlar Azərbaycanın qələbəsin şərtləndirirdi.Bütün bunlar Prezident İlham Əliyevin liderlik fəaliyyətinin nailiyyətləri sayəsində mümkün olmuşdur.”- deyə alim vurğulamışdır.
Gənc alim Günel Məlikli beynəlxalq elmi konfransda çıxış edib