10.11.2021, 12:07 - Baxış sayı: 258

Professor Sakit Hüseynov “Ekosoqlasiye” Beynəlxalq Ekoloji Təşkilatın Moskvada keçirilən Beynəlxalq tədbirində iştirak etmişdir


Professor Sakit Hüseynov “Ekosoqlasiye” Beynəlxalq Ekoloji Təşkilatın Moskvada keçirilən Beynəlxalq tədbirində iştirak etmişdir09 noyabr 2021-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində “Ekosoqlasiye” Beynəlxalq Ekoloji Təşkilatı tərəfindən Avropa Eko-Forumunun 2022-ci ilin oktyabr ayında “Avropa üçün Ətraf Mühit” mövzusunda (Nikoziya, Kipr) keçirilməsi nəzərdə tutulan Beynəlxalq konfransa hazırlıq üçün onlayn toplantısı keçirilmişdir. Toplantıya Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrindən mütəxəssis və tədqiqatçılar dəvət edilmişdir. Diskussiya şəklində təşkil edilmiş tədbirdə müxtəlif ölkələrin davamlı inkişaf perspektivləri, ətraf mühitin mühafizəsi məsələləri, sülh və sabitliyin təmin edilməsi və s. aktual problemlər müzakirə edilmişdir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor Sakit Hüseynov da bu tədbirə dəvət edilmişdir. Professor S.Hüseynov erməni işğalçıları tərəfindən Azərbaycan ərazisinin işğalı zamanı ətraf mühitin məhv edilməsi, meşələrin yandırılması, yaşayış məskənlərinin tamamilə dağıdılması haqqında toplantı iştirakçılarına məlumat vermişdir.