10.11.2021, 12:00 - Baxış sayı: 267

II Fəxri Xiyabanda Vətən Müharibəsi Qəhrəmanının anım tədbiri kecirilmişdir


II Fəxri Xiyabanda Vətən Müharibəsi Qəhrəmanının anım tədbiri kecirilmişdirAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri noyabrın 9-da II Fəxri Xiyabanda Vətən müharibəsi Qəhrəmanı mayor Surxay Nocuyevin anım gününə həsr edilmiş tədbirə qatılmışlar. Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Milli Məclisin üzvləri, Bakı şəhərinin idarə və təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəalları şəhidin döyüş yoldaşları və yaxınları iştirak etmişdir. İnstitut alimlərindən s.e.ü.f.d. dosent Sənan Həsənov, f.ü.f.d. Şölət Zeynalıov, İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, Gənc Alimlər Şurasının sədri Tünzalə Musayeva iştirak etmiş və şəhidin yaxınları ilə görüşmüşlər. Şəhidin anım tədbiri çərçivəsində digər Vətən müharibəsi şəhidi leytenant Murad Nağıyevin də məzarını ziyarət edəərk valideynləri ilə həmsöhbət olmuşlar. İnstitut əməkdaşları Qəhrəman oğulları böyüdüb Vətən fədaisi etdikləri üçün onlara dərin ehtiramlarını bildirmişlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhərəman oğullarımızın xalqımızın qəhrəmanlıq əzmini bütün dünyaya numayiş etdiriyinə dair fikirlərini bölüşmüşlər.
II Fəxri Xiyabanda Vətən Müharibəsi Qəhrəmanının anım tədbiri kecirilmişdir