16.11.2017, 13:24 - Baxış sayı: 1056

“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib


“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda “Ümumdünya fəlsəfə günü” münasibəti ilə “Qloballaşma şəraitində milli fəlsəfənin inkişaf istiqamətləri” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş konfransı giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışaraq, fəlsəfə elminin öyrənilməsinin əhəmiyyətindən, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan, fəlsəfənin Azərbaycan ideologiyasına təsirindən danışmış, digər elmlərin dərindən mənimsənilməsində fəlsəfi mülahizələrin zəruriliyini vurğulayıb.
Kofrasda çıxış edən Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami, Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev və fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova “Ümümdünya Fəlsəfə Günü” münasibəti ilə konfrans iştirakçılarını təbirik edərək, fəlsəfə sahəsində çalışan bütün elm adamlarına uğurlar dilədilər.
Daha sonra konfransda “Heydər Əliyevin nəzəri irsində azərbaycançılıq fəlsəfəsi”, “Müasir fəlsəfədə və elmdə epistimologiya problemləri”, “Kainatın maskulin və feminin başlanğıcları arasında ilkin təmas: materiyanın doğuluşu”“Azərbaycan fəlsəfə tarixinin inkişafında A.O.Makovelskinin rolu” mövzusunda məruzələr dinlənilib.