14.09.2021, 10:19

Nəsillərə örnək oğul


Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam Fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.


II Vətən Müharibəsi Qəhrəmanı,Cəsur Döyüşçü Cəbrayıl Dövlətzadənin Əziz Xatirəsinə

Allah yolunda şəhid olanları ölü zənn etməyin, onlar diridirlər və İlahi dərgahda əbədi ruziyə sahibdirlər (Qurani-Kərim, 3/169).

Quranı-Kərimin də buyurduğu kimi şəhidlər heç vaxt ölməz, onlar maddi aləmdən mələkut aləminə (qeyri-maddi aləmə) –İlahi dərgaha köçər və orada əbədi ruziyə sahib olarlar...
Şəhidlik, nur mənbəyinə çatmaq və mütləq varlığa (Allah-Təala) yaxınlaşmaq üçün cismin – insanın məhv olmasıdır. Şəhidlik, aşiqin məşuquna,sevdiyi məhbubuna –İlahi varlığa çatmaq üçün insanın qeyri-adi, fərqli bir mübarizəsidir. Şəhidlik, şüurlu şəkildə, müqəddəs bir amal və məqsəd uğrunda(Qurana görəAllah rizası üçün) həm öldürmək və həm də öldürülmək yoludur; yəni şəhid düşünərək müqəddəs bir amal uğrunda öldürür və ölür. Bu ölümlərin ən üstünü və ən fəzilətlisidir,necə ki, əziz İslam Peyğəmbəri (ə s.) buyurmuşdur: “ölümün ən üstün və ən şərəflisi şəhid olmaqdır”. Həzrət Əli (ə. s.) buyurur ki, ölümün özündə də bir fəzilət olmalıdır:“ölümün ənfəzilətlisişəhidlikdir”.Şəhidlik, ölümün adi bir forması deyil, bəlkə həyatın tələb etdiyi əsas xüsusiyyətlərədndir ki, islam mütəfəkkirləri bunu həyatul məqul(rasional həyat) حیات معقولadlandırmışlar; yəni dinamik, hədəfə çatmaq, məqsədyönlü bir həyat. İnsan maddi vəmənəvi gücünü, bütün istedad, qüvvə və bacarığını mümkün qədər toplayaraq, İlahi məqama çatmaq üçün səy göstərir və buna sahib olur. Məhz buna görə də Qurani-Kərim buyurur: “siz onlara ölü deməyin, şəhidlər sağdır və İlahi dərgahda əbədi ruziyə sahibdirlər”. Şəhid həmişə sağdır, onun həyatı və ölümü özündən sonra gələcək həyat üçün nümunədir: “Allah yolunda öldürülənlərə ölü deməyin, onlar həyatdadırlar, amma siz bu həyatın nə demək olduğunudərk etmirsiniz”(Qurani-Kərim, 3/154). Burada həyatdan məqsəd həqiqi həyatdır ki, Allah-Təala bunu ancaq İlahi səadətə qovuşmaq üçün müqəddəs amal uğrunda mübarizə aparan bəndələrinə verir. Allah-Təala, bu seçilmiş və bəyənilmiş həyatla yanaşı, digər bir həyatı da nişan verir ki, bu,zillətlə və əzabla dolu bir həyatdır; bu həyat,həqiqi yoldan dönənlər, Allaha üsyan edənlər və onun sevdiyi bəndlərə qarşı cihad edənlər üçündür(Qurani-Kərim, 14/28).
Bəli, qeyd olunan ayə və hədislərə əsasən şəhidləri ölü hesab etmək mümkünsüzdür, onların axirət aləmindəhəyatı, ruhən sağlıqları və sonsuz ruziyə sahib olmaları maddi aləmdə yaşayaninsanların cismani və mənəvi rahatlığıdır. İnsan, maddi aləmdənmələkut aləminə can atır və çalışır ki, şəhidlik məqamına sahib olsun. Amma bu məqam və dərəcəyə hər insan sahib ola bilməz və bu məqam, dərəcə yalnız Allahın seçilmiş bəndələrinə aiddir.
Təbii ki, həm Qurani-Kərimdə və həm də mötəbər mənbələrdə şəhid və şəhidlik məqamı barədə çoxlu ayələr, hədislər və rəvayətlər mövcuddur ki, bunların haqqında daha geniş bəhs etmək olar. Amma qeyd olunan mənbələrdən əlavə, bəzən şəhidi vəsf edərkən tam başqa bir daxili mənzərə ilə üzləşirsən. Bu elə bir mənzərədir ki, mənbələr əsasında deyil, tam olaraq insanın içindən gələn saf, pak bir duyğudur.Elə bu səbəbdən də bəzən qəhrəmanlar haqqında yazanda adətən onların üstün keyfiyyətləri – igidliyi, şücaəti, göstərdikləri fədakarlıqlar təqdim olunur. Ammahaqqında bəhs etdiyim sıravi əsgər bu keyfiyyətləri ilə yanaşı, həm də hədsiz vətən sevgisi olan, şəhidlərimizin qisasını almaq istəyi ilə qəlbi daim çırpinan, adını görünməyən igidliyi ilə tarixdə əbədi həkk edən Cəsur Döyüşçü Cəbrayıl haqqındadır. Buad təkcə Azərbaycanımızda deyil, Azərbaycandan kənarda da hörmət və ehtiramla yad edilən, təcavüzkar düşmənin bir generalını və polkovnikini, onlarla əsgərini təkbaşına məhv edən,şəhid General Polad Həşimovun və onun silahdaşlarının qisasını alan 19 yaşlınur üzlü şəhidim Cəbaryıl Dövlət oğlu Dövlətzadədir.
Əslən Zəngilan rayonundan olan Cəbrayıl, 11 sentyabr 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedir. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət edir. Cəbrayıl,Sərhəd Qoşunlarında xidmət etsə də, 2020-ci il sentyabrın 27-dəErmənistan tərəfindən işğal altında olan ərazilərimizi azad etmək və Azərbaycanın ərazi bütövlüyünün bərpa etmək üçün Vətən müharibəsində öz xahişi ilə, könüllü olaraq döyüşlərdə iştirak etmək istəyini bildirir. Təbii ki, döyüşlərdə könüllü iştirak etmək adi bir hal deyil, buna ancaq vətənə olan həqiqi sevgi və vətən yolunda gedən igidlərimizin intiqamını almaq istəyi səbəb ola bilər. Ola bilsin çoxları müharibəyə getsin, amma müharibədə olmaq, döyüşdə olmaq demək deyil. Çünki döyüşdə olmaq üçün təkcə istək və iradə tələb olunmur, burada istək və iradədən əlavə möhkəmlik, dözümlülük, dönməzlik, igidlik, cəsurluq da əsas şərtdir. Bu igidliyə sahib olan 19 yaşlı qəhrəmanımız məhz buna görə də döyüşmək və düşmənə həddini göstərmək üçün könüllü olaraq gərgin döyüşlərə qatılır. Torpaqlarımızın işğalı, şəhid olan minlərlə igidlərimiz və onların qisasının alınması hədəfi cəsur döyüşçünü daim narahat edir və onu rahat buraxmırdı. Məhz bu hədəflə irəliləyən igid əsgər tarixinqəhrəmanına çevirdi, elə bir qəhrəmana ki, bu gün, sabah və gələcəkdə dəşərəfli həyat yolu öyrəniləcək və gələcək nəsillərə nümunə olunacaq.
Sentyabrın iyirmi səkkizi, 2020-ci il. Bu tarix Cəbrayılın adı ilə daha çox yaddaşlarda qaldı. Çünki həmin gün Kəlbəcər rayonu, Murovdağda şiddətli döyüşlər başlayır. Döyüş yoldaşlarının dediyinə görə Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan geri qayıtmağını tələb edir və bildirir ki, siz qayıdın. Tək irəli gedərək əlbəyaxa döyüşdə onlarla erməni quldurunu məhv edir; amma bununla qəzəbi sakitləşmir, çünki onun əsas hədəfi təkcə bu quldurları məhv etmək deyil, aylarla qəlbində yaşayan intiqam hissidir, yəni necə olursa olsun şəhid general Polad Həşimovun qisasını almaqdır! Polad Həşimov yaddaşlarda təkcə şəhid general kimi deyil, həm də rəhbərlik etdiyi qoşunlarda ədalətli, cəsur zabit kimi daim xatırlanan və yad edilən sevimli şəhidimizdir. Məhz buna görə də Cəbrayılın əsas hədəfi quldur dəstəni topaqlarımızdan qovub çıxartmaq, şəhid generalın qisasını almaq və bu nizamsız təcavüzkar dəstəyə kim olduğumuzu sübut etdirməkdir. Qəlbi və gözləri qəzəb hissi ilə alışan Cəsur Döyüşçü təcavüzkar düşmənin bir generalını və polkovnikini silahla deyil, məhz əlləri ilə boğaraq məhv edir və özü də qəhrəmanlıqla şəhid olur.
Tarixdə müharibə qəhrəmanları haqda yazılır və onların fədakarlıqları təsvir olunur, amma Cəbrayılın etdiyi qəhrəmanlığı nə sözlə, nə yazı və nə dəhərəkətlə ifadə etmək mümkün deyil. Çünki elə anlar var ki, onları dərk etmək yox, ruhun gözü ilə duymaq lazımdır. Onun etdiyi qəhrəmanlıq, onu tanıyan və tanımayanların qəlbində sonsuz və əbədi sevgi mücəssəməsi yaratdı. O, təkcə qəhrəmanlıq etmədi, həm də vətən sevgisini, igidliyi, cəsurluğu, əyilməzliyi, sınmamağı və ən çətin anlarda belə təmkinliyini qorumağı özündən sonrakı gənclərə irs qoydu.Cəbrayıl, adi qəhrəman deyil, O, tarixi bir qəhrəmandır, tarixdə yaşayacaq qəhrəman bir döyüşçüdür!
Cəbrayıl çox qısa, amma şərəfli ömründə yaddaşlarda fərqli bir əsgər kimi qaldı. Onun göstərdiyi şücaət, cəsurluq əsil həyat məktəbidir ki, hər bir gənc bu məktəbi öyrənməyə səy göstərməli və digərlərini də bu məktəbi öyrənməyə ruhlandırmalıdır.İgid qəhrəman döyüşdə olarkən heç vaxt imkan vermir kimsə ondan irəliyə keçsin, həmişə ilk olaraq sinəsini irəli verib deyirmiş: “sizin ailəniz var, siz arxada gəlin, qorxuram ki, sizə təhlükə üz verər, amma mən subayam, qoyun mən irəlidə gedim”.
Onun göstərdiyi cəsurluq, fədakarlıq dövlət başçısı tərəfindən tərəfindən dəyərləndirilmişdir.Ali Baş Komandan Cənab İlham Əliyev vətən, torpaq yolunda şəhid olan igidlərimizi daim uca tutmuş, onların məqam və dərəcəsini layiqincə qiymətləndirmişdir. Buna sübut olaraq Cəbrayıl Dövlətzadə Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunur.Cəbrayıl Dövlətzadə Azərbaycanımızın bütövlüyü uğrunda döyüşən, verilən tapşırıqları layiqincə yerinəyetirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”medalı, döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə və Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə cənab Prezidentin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Mən inanıram və bunu çox əminliklə deyirəm ki, Əziz və Ədalətli Prezidentim belə bir cəsur döyüşçünün vətənə etdiyi ləyaqətli vənümunəvi xidmətinə yenidən baxacaq və onu Vətən Müharibəsi Qəhrəmanı elan edəcək.
Hər dəfə şəhidlər xiyabanına gəldikdə,əziz şəhidlərimizi ziyarət edərkən sanki onların hamısı bir anlıqbizə deyirlər: “siz bizdən vətəni qorumağı istədiniz, biz də borcumuzu yerinə yetirdik, sizi, vətənimizi qoruduq. Bizim də sizdən istəyimiz var, istəyimiz odur ki, vətəndaş olaraq daim vətənimizin şərəf və ləyaqətini qoruyun, imkan verməyin təhlükəli və kənar qüvvələr çirkin dolu niyyətləri ilə ölkəmizə əl uzatsın – pis niyyətlərini həyata keçirsinlər, iğtişaşlar, münaqişələr yaratsınlar,ölkəmizin inkişafına mane olsunlar, dövlətçiliyimizə, min bir əziyyətlə qazandığımız müstəqilliyimizə zərər vursunlar. Bizim sizdən istəyimiz odur ki, daim ayıq-sayıq olasınız, hansı sahədə çalışmağınızdan asılı olmayaraq ədalətlə, insafla, vicdanla vətənimizə xidmət edəsiniz. Azərbaycanımızın inkişafına, tərəqqisinə daim səy göstərəsiniz. Bizim sizdən istəyimiz yalnız budur!”. Əziz şəhidlərimizin saf, ülvi ruhları bu gün bizdən yalnız bunu istəyir və əminəm ki, haqq dünyasında da bunları bizdən tələb edəcəklər.
Əziz,nur üzlü Şəhidim, bu gün sənin ad günündür. Sən ad gününü həmişə ailənlə, dostlarınla sevdiyin insanlarla birlikdə keçirmisən, amma bu il ad günün çox fərqlidir. Fərqi ondadır ki, bu gün təkcə ailən və yaxın dostların deyil, həm də səni sevən, özünə qəlblərdə sonsuz sevgi yaradan, səni həyatda heç görməyən, tanımayan minlərlə insan ad gününü qeyd edir, sənə İlahidən dua edir, rəhmət diləyir, igid, mərd duruşuna baxıb fəxr edir və ən əsası yaxınlarının sənin kimi olmalarını arzu edirlər. Nə yaxşı ki, Azərbaycanımızın, gözəl Vətənimizin sizin kimi igidləri var və sizi bizə tanıtdırır, yaşadır... əziz Şəhidim doğum günün mübarək olsun, ruhun həmişə şad olsun. Siz vətən, torpaq fədailəri bizim üçün qibləgah və qürur mənbəyisiz!
Biz dua edək,Uca Tanrı şəhidlərin qəhrəmanlığı və onların pak ruhları xatirinə,gündən günə gözəlləşən, inkişaf edən Azərbaycanımızı, Vətənimizi, həmçinin həm diplomatiyada və həm də dövlət quruculuğunda dayanmadan fədakarlıqla çalışan, xidmət edən, tarixə adı Qəhrəman Sərkərdə kimi düşən Əziz Prezidentimizi qorusun! Biz dua edək,Allah-Təala torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan bütün şəhidlərimizin ruhunubizdən razı salsınvə onların qəhrəmanlığı, rəşadəti əsrlər ötdükcə gələcək nəsillərə örnək olsun!
Bütöv Azərbaycan qəzeti, 10 sentyabr 2021-ci il.

"butov.az"