08.09.2021, 09:51

“Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” adlı kitabın təqdimatı keçiriləcək


“Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” adlı kitabın təqdimatı keçiriləcək22 sentyabr 2021-ci il tarixdə saat 11-00 da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda institut tərəfindən hazırlanmış və “Bilgi” nəşriyyatında çapdan çıxmış “Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” adlı kitabın təqdimatı keçiriləcəkdir. Ölkəmizin alimlərinin elmi analitik təhlillərinin yer aldığı, silsilə konfransların materialları əsasında hazırlanmış kitab Azərbaycanda və Cənubi Qafqazda gedən siyasi proseslərin yeni reallıqlar əsasında öyrənilməsinə dair dərin və maraqlı tədqiqatlar toplusu kimi geniş ictimaiyyat üçün nəzərdə tutulmuşdur. Müəlliflərin iştirakı zəruridir.