02.07.2021, 13:17 - Baxış sayı: 314

Zöhrə Əliyevanın kitabı Almaniyada çap olunub


Zöhrə Əliyevanın kitabı Almaniyada çap olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun «Beynəlxalq əlaqələr» şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zöhrə Əliyevanın Almaniyada kitabı çap olunub.
Almaniyanın "Edition Universitaire Europeenne" nəşriyyatında «Azərbaycanda maarifçilik fenomeni » («Le phénomène des Lumières en Azerbaïdjan) adlı kitabda XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ədəbi-nəzəri düşüncəsinin əhəmiyyəti və aktuallığı, Qərb və Şərq sintezi olan maarifçilik ənənələri, müasir demokratikləşmə dövründə Azərbaycanın mədəni, mənəvi və ədəbi irsi, tarixi keçmişi araşdırılır. Azərbaycanın mədəni və ədəbi həyatında mühüm bir mərhələ təşkil edən maarifçilik fenomeni, çoxəsrlik milli adət-ənənələri ilə yanaşı, dünya mədəniyyəti ənənələrini də uğurla mənimsəmiş, Azərbaycan mədəni-maarif düşüncəsinin formalaşmasına əvəzsiz töhfə vermişdir.
Əsərdə həmçinin A.Bakıxanov, M.F.Axundzadə (Azərbaycan “Moleri”), H.Zərdabi, S.Ə.Şirvani, N Vəzirov,N.Narimanov,M.S.Ordubadi,A.Ağaoğlu və başqaları kimi Azərbaycan Maarifçilik düşüncəsinin banilərinin fikirlərinin formalaşmasından, 1918-ci il mayın 28-də Şərqdə ilk Demokratik Cümhuriyyətin yaradılması Azərbaycan xalqının tarixində mühüm bir dövrün nəticəsi olduğundan bəhs edilir.