26.06.2021, 18:18 - Baxış sayı: 319

Silahlı Qüvvələr Gününə həsr olunan “Müzəffər Ordumuz” adlı tədbir keçirilib


Silahlı Qüvvələr Gününə həsr olunan “Müzəffər Ordumuz” adlı tədbir keçirilibAMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ), AMEA YAP Ərazi Təşkilatı və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə, “Müzəffər Ordumuz” adlı onlayn tədbir keçirilib.
Giriş sözü ilə açan GAMŞ sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün artıq 23-cü ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir.
Həmçinin 44 günlük Vətən müharibəsində iştirak edən Akademiya əməkdaşlarından Fəlsəfə və Sosiologiya İnstitutunun "İslam fəlsəfəsi" şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, elmi işçi Pərviz Ağayev, AMEA YAP Ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova, Tarix Muzeyinin GAMŞ sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova, aqrar elmlər üzrə fəlsəfə doktoru Zaman Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun GAMŞ sədri Fərid Mustafayev tədbirlə bağlı fikirlərini bölüşüblər.
Silahlı Qüvvələr Gününə həsr olunan “Müzəffər Ordumuz” adlı tədbir keçirilib