22.06.2021, 10:41 - Baxış sayı: 666

Fəlsəfə və Sosiologiya İnstitutunun magistrı Ülkər Zalova məzun olub


Fəlsəfə və Sosiologiya İnstitutunun magistrı Ülkər Zalova məzun olubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun magistrı Ülkər Zalovanın 17 iyun tarixində AMEA-nın müxbir üzvü, prof. Bəxtiyar Əliyevin elmi rəhbərliyi ilə yazdığı “Tələbə gənclərin şəxsi ləyaqət hissinin inkişafının sosial-psixoloji xüsusiyyətləri” mövzusunda magistr dissertasiyasının müdafiəsi keçirilmişdir. Ü.Zalovanın magistr dissertasiyası işi komissiya üzvləri tərəfindən müsbət rəy almışdır. O, həm müdafiədən, həm də imtahanlarından yüksək nəticə əldə etdiyinə görə "Sosial psixologiya" ixtisaslaşması üzrə magistratura pilləsini fərqlənmə ilə bitirmişdir.
Qeyd edək ki, Ülkər Zalova Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsində “Psixologiya” ixtisası üzrə bakalavr təhsili almağa başlamışdır. 2019-cu ildə isə 112 balla Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun ilk magistrantı olaraq “Sosial psixologiya” ixtisaslaşması üzrə magistratura pilləsinə daxil olmuşdur.
Eyni zamanda, o 2019-cu il noyabr ayından etibarən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya" şöbəsinin əməkdaşıdır.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi institutun magistrı Ülkər Zalovanı təhsil müddətində yüksək nəticə göstərərək magist pilləsini fərqlənmə ilə bitirdiyinə görə təbrik edir, ona elmi işlərində və şəxsi həyatında uğurlar arzulayır.