11.06.2021, 11:46 - Baxış sayı: 432

f.e.d. Afaq Rüstəmovanın “Bir əsgərin həyat yolu” adlı kitabı nəşr olunub


f.e.d. Afaq Rüstəmovanın “Bir əsgərin həyat yolu” adlı kitabı nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmovanın “Bir əsgərin həyat yolu” (“Avropa” nəşriyyatı, 2021. Səh.120) adlı yeni kitabı nəşr olunub.
Kitab Böyük Vətən müharibəsində (1941-1945) Qafqazdan Berlinə qədər qəhrəmanlıqlarla dolu döyüş yolu keçmiş mexanikləşdirilmiş qvardiya korpusunun cəsur, qorxmaz kəşfiyyatçısı, müharibədən sonra da əmək cəbhəsində Azərbaycanın inkişafı naminə var qüvvəsini əsirgəmədən çalışmış tanınmış ictimai xadim Rüstəmov Baloğlan Əmrah oğlunun həyat yoluna həsr edilib. Kitabda həyatı haqqında özünün xatirələri, ömür-gün yoldaşının onunla bağlı xatirələri, döyüş yolu və dinc quruculuq illərində gördüyü işlər barədə yazılmış kitablar, saysız-hesabsız məqalələr, həmçinin Böyük Vətən müharibəsi dövründə və müharibədən sonrakı illərdə təltif olunduğu orden, medal və mükafatlar haqqında məlumatlar yer alıb.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.