29.05.2021, 02:50 - Baxış sayı: 705

“Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” adlı kitab nəşr olunub


“Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” adlı kitab nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” (Bakı, “Bilgi” 2021. s. 250) adlı kitab nəşr olunub.
Kitab 14 noyabr 2019-cu il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutu rəhbərliyinin və YAP Fəlsəfə İnstitutu üzrə Ərazi Təşkilatının təşkilatçılığı ilə “Siyasi liderlik: Milli dövlətçilikdə strateji hədəflər və gənclik”; 04 fevral 2020-ci il tarixində “Yaradıcı gənclər və könüllülər”, 29 yanvar 2021-ci il tarixdə “Qələbə və Cənubi Qafqazda yeni geo-siyasi reallıqların fəlsəfəsi” mövzularında keçirilmiş ümumrespublika elmi-praktik konfransların materialları əsasında hazırlanmışdır.
Kitabın elmi məsləhətçisi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, redaksiya heyəti Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarxi elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova, Yeni Azərbaycan Partiyası Fəlsəfə və Sosiologiya İnstitutu təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru (buraxılışa məsul), dosent Sənan Həsənov, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi, “Dövlətşünaslıq” elmi analitik infromasiya buraxılışının baş redaktoru Telman Quliyev və Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri, elmi işçi Tünzalə Musayevadır.
Üç fəsildən ibarət olan kitabın I hissəsi “Siyasi liderlik: milli dövlətçilik və strateji hədəflər”, II hissədə “Yeni islahatlar dövrü: yaradıcı gənclər və gələcəyimiz” və III hissədə “Qələbə və Cənubi Qafqazda yeni geosiyasi reallıqların fəlsəfəsi” mövzularını əhatə edir.
Qeyd edək ki, kitab Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 16 aprel 2021-ci il tarixli 2№ li qərar ilə çapa məsləhət görülüb.