19.05.2021, 09:18 - Baxış sayı: 308

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Təhminə Ağakişiyeva sertifikatla təltif olunub


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Təhminə Ağakişiyeva sertifikatla təltif olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutu Etika şöbəsinin əməkdaşı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Təhminə Ağakişiyevanın “ War of the XXI century as a new aesthetic phenomenon (philosophical analysis)” (XXI əsr müharibəsi yeni estetik fenomen kimi (fəlsəfi analiz)) adlı məqaləsi 4-6 fevral 2021-ci il tarixində Yaponiyanın Kioto şəhərində “Science and Education: Problems, Prospects and Innovations” mövzusunda keçirilən V Beynəlxalq elmi – praktiki konfransın materiallar toplusunda çapdan çıxmış və müəllif konfransda iştirakına görə sertifikatla təltif olunub.