21.04.2021, 10:25 - Baxış sayı: 612

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Tünzalə Musayeva elm.tv-yə müsahibə verib


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri, psixoloq Tünzalə Musayeva Elm.tv-yə müsahibə verib. O, müsahibədə bildirib ki, erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük psixoloji fəsadlar törədir. Bu fəsadlar isə məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə gətirib çıxarır.