23.10.2017, 15:12 - Baxış sayı: 1116

Azərbaycanlı alim beynəlxalq elmi konqresdə iştirak edib


Azərbaycanlı alim beynəlxalq elmi konqresdə iştirak edib Oktyabrın 18-20-də Belarusiyanın paytaxtı Minsk şəhərində “Milli fəlsəfə qloballaşma” işığında I Belarusiya Fəlsəfi Konqresi keçirlib.
Konqresdə Belarusiya filosofları ilə birgə Rusiya Elmlər Akademiyasının akademiki V.Styopin, akademik Abdulsalam Hüseynov, İtaliya filosofu, “Beynəlxalq Fəlsəfə Cəmiyyəti Federasiyası"nın baş katibi Luka Skarantini və digər ölkələrdən yüzə yaxın filosof iştirak edirdi. Konqresdə Azərbaycanı AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə təmsil edib. İ.Məmmədzadə konqresin plenar iclasında “Fəlsəfənin aktuallığı” mövzusunda çıxış edərək fəlsəfənin və milli ideologiyanın bir-birinə təsirindən və milli fəlsəfənin universal dəyərlərinin əlaqələri haqqında nitq söyləyib.
Azərbaycanlı alim beynəlxalq elmi konqresdə iştirak edib Həmçinin konqres zamanı İlham Məmmədzadənin Çinin Sosial Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun nümayəndələri ilə görüşü olub. Görüş zamanı elmi əlaqələrin Bakıda və Pekində davam etdirilməsi üçün razılıq əldə olunub. Qeyd edək ki, bu təşəbbüs çinli alimlər tərəfindən edilib.
Konqresin yekunu olaraq konfrans materiallarından ibarət iki kitab nəşr edilib.
Azərbaycanlı alim beynəlxalq elmi konqresdə iştirak edib Azərbaycanlı alim beynəlxalq elmi konqresdə iştirak edib