
17 mart Azərbaycan ictimai və fəlsəfi fikrinin mahir tədqiqatçısı, Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Prezident təqaüdçüsü Zümrüd Quluzadənin anadan olduğu gündür.
Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivi doğum günü münasibətilə Zümrüd xanımı təbrik edir, ona cansağlığı, elmi yaradıcılığında müvəffəqiyyətlər arzulayır.