Fəlsəfə və Sosiologiya İnstitutunun xanım əməkdaşları Fəxri fərmanla təltif edilib

Fəxri fərmanların təqdim etmə mərasimində Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə təltif edilən xanım əməkdaşları təbrik edərək, onların elmi fəaliyyətindən bəhs edib: “İnstitutun xanım əməkdaşları elmə bir çox uğurlara imza atıblar. Onlar öz elmi məqalələri ilə yerli və xarici jurnallarda çıxış edib, Azərbaycan elmini təbliğ edirlər”. İlham Məmmədzadə İnstitutun xanım əməkdaşlarının elm sahəsində olduğu kimi, ictimai işlərdə də öndə olduqlarını deyib.
Sonra Vətən Müharibəsi iştirakçısı, Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, f.ü.f.d., Radif Mustafayev ətraflı çıxış edərək müharibə ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, işğaldan azad edilən ərazilərdə ermənilərin qeyri-insani hərəkətləri və törətdiyi hadisələrin canlı şahidi olduğunu qeyd edib.
