06.03.2021, 11:25 - Baxış sayı: 460

Fəlsəfə və Sosiologiya İnstitutunun Özbəkistanla elmi əməkdaşlıq istiqamətində görülmüş işləri


Fəlsəfə və Sosiologiya İnstitutunun Özbəkistanla elmi əməkdaşlıq istiqamətində görülmüş işləriAMEA Fəlsəfə və Sosiologiya İnstitutu bir sıra xarici ölkələrlə elmi əməkdaşlıq istiqamətində müqavilələr imzalamışdır. İmzalanmış müqavilələrə əsasən birgə elmi konrfansların, simpoziumların keçirilməsi, qarşılıqlı ezamiyyətlərin təşkil edilməsi və s məsələlər həyata keçirilir.
Elmi əməkdaşlıq baxımından müqavilələr imzalandığı ölkələrdən biri də Özbəkistan Respublikasıdır.
Belə ki, Fəlsəfə və Sosiologiya İnstitutu ilə Mirzə Ulubek adına Milli Özbəkistan Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdır. İmzalanmış sazişə əsasən aşağıdakı tədbirlər həyata keçirilmişdir:


1. AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ilə Mirzə Ulubek adına Milli Özbəkistan Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdır;
2. İnstitutun bir sıra alimləri Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Beynəlxalq Tədqiqat Mərkəzi İmam Buxari Özbəkistan Fəlsəfi Cəmiyyəti tərəfindən 3 dildə (özbək, rus, ingilis) nəşr edilən “Fəlsəfə və həyat” (“Falsafa va hayot”, “Философия и жизнь”, «Philosophy and life» ISSN 2181-9505, Doi journal 10.26739/2181-9505) adlı beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdürlər (f.e.d. İ.R.Məmmədzadə, f.e.d. Ə.S.Abasov, f.e.d. S.Y.Hüseynov, f.e.d. T.Allahyarova);
3. Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri davamlı olaraq Özbəkistanda keçirilən Beynəlxalq konfransda iştirak edirlər:
— Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru Məmmədzadə İlham Ramiz oğlu
4. “Yeni paradiqmalar təhsildə: fəlsəfi baxış” adlı məruzə ilə “Pandemiya dövründə təhsildə yeni paradiqmalar” adlı Beynəlxalq onlayn konfransda çıxış. Daşkənd Dövlət Universiteti, 29 may 2020-ci il
5. “Pandemiya dövründə elm və təhsil problemləri” adlı məruzə ilə Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin, Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin, Dağıstan Dövlət Universitetinin, Əlfərabi adına Qazaxıstan Milli Universitetinin, Manas adına Qırğız-Türk Universitetinin, Tacikistan Milli Universitetinin və Öbəkistan Fəlsəfə Cəmiyyətinin birgə iştirakı ilə “Avrasiya Məkanında təhsilin müasir paradiqmal problemləri” adlı Beynəlxalq onlayn konfransda çıxış. 29 may 2020-ci il
— “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ağayeva Ziba Bahadur qızı
6. “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu kontekstində milli identiklik” adlı məruzə ilə Özbəkistan, Kazaxıstan, Qırğısıstan, Tacikistan, Rusiya, Türkiyə və Azərbaycan alimlərinin iştirakı ilə keçirilmiş “Qloballaşma şəraitində İnformasiya təhdidləri ilə mübarizədə müasir texnologiyaların yaradılması problemləri” adlı beynəlxalq onlayn elmi-praktiki konfransda çıxış. Daşkənd şəhəri, 24 aprel 2020.
— “Multikulturalizm və tolerantlıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Allahyarova Tahirə Bəkir qızı
7. “Глобальное партнерство - как условие и гарантия устойчивого развития”("Qlobal Tərəfdaşlıq Sabit İnkişafın Şərti və Zəmanəti kimi") adlı beynəlxalq online Elmi və Praktik Konfransda çıxış. Özbəkistan, Daşkənd, 23-24 oktyabr 2020. https://us02web.zoom.us/j/3971830077