05.03.2021, 10:22

Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar təşkilatının sədri təltif olunub


Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar təşkilatının sədri təltif olunub AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Azərbaycan Həmkarlar İttifaqları – 115 il” yubiley döş nişanları ilə təltif olunmuş akademiya əməkdaşları ilə görüş keçirilib.
Yubiley döş nişanlarını AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov təqdim edib. H.Qurbanov, həmçinin döş nişanı ilə təltif olunan iki qadın əməkdaşı Beynəlxalq Qadınlar Günü münasibətilə də təbrik edib.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 115 illiyi münasibəti ilə təsis olunmuş yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında səmərəli xidmətlərinə görə fərqlənən AHİ-nin sədri, professor Habil Qurbanovla yanaşı, AMEA Azad Həmkarlar İttifaqının ilk təşkilatlarının 7 sədri də təltif olunub.
Təltif olunanlar arasında Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar təşkilatının sədri Asya Əhmədova da var.