“Müasir dünya və informasiya cəmiyyəti” adlı toplu nəşr olunub
Bu günlərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosiologiyası” şöbəsinin “Müasir dünya və informasiya cəmiyyəti” (II buraxılış) (Bakı, “Avrora” 2020.) elmi məqalələr toplusu işıq üzü görüb. Topluda oxucuların diqqətinə informasiya cəmiyyətinin tələblərindən çıxış edilərək ünsiyyətin özünəməxsus xüsusiyyətləri, insan, hüquq və vəzifələrinin robortlara şamil edilməsi məsələləri, virtuallaşmanın sosial proseslərdə rolu, informasiya texnologiyalarının inkişafı şəraitində Azərbaycanda sosiomədəni dəyişikliklər, mənəviyyat məsələləri, hər bir ölkənin inkişafının aparıcı strukturunu təşkil edən təhsil sisteminin davamlılığının və keyfiyyətinin təmin edilməsi naminə rəqəmsal təhsilin imkanlarının inkişaf etdirilməsi, eləcə də, informasiya cəmiyyətində informasiya təhlükəsizliyinin müxtəlif aspektləri, infromasiya cəmiyyətinin sosioloji və sosial-psixoloji problemləri və s. məsələlər təhlil edilir.
Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 11 noyabr 2020-ci il tarixli (protocol № 4) iclasının qərarı ilə çapa məsləhət görülən toplunun elmi redaktoru f.e.d., professor İlham Məmmədzadə, rəyçiləri f.e.d., professor Arif Bünyatov və f.e.d. Füzuli Qurbanovdur.
Toplu ictimai elmlər sahəsində çalışan mütəxəssislər, siyasətçilər, ali məktəblərin humanitar fakültələrinin tələbələrinin tələbələri, ümumiyyətlə, kütləvi oxucular üçün nəzərdə tutulub.